Bu gün ATƏT cəbhənin Füzuli rayonu istiqamətində monitorinq keçirib
ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin səhra köməkçiləri cəbhənin Füzuli istiqamətində monitorinq keçirib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, monitorinq iştirakçıları ilk olaraq Füzuli Rayon İcra Hakimiyyətinin başçı Alı Alıyevlə görüşüblər.
İcra başçısı monitorinqlərin heç bir nəticə vermədiyini və Ermənistanın tez-tez atəşkəsi pozduğunu onların nəzərinə çatdırıb. O bildirib ki, Ermənistan ordusu xüsusilə təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini daim atəşə tutur və nəticədə orada yaşayan dinc sakinlərin həyat şəraiti çətinləşir. Görüşdən sonra ATƏT-in səhra köməkciləri Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirib.
Qeyd edək ki, monitorinqi təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Marius Puodziunas, təmas xəttinin əks tərəfində isə səhra köməkçiləri Xristo Xristov və Antal Hedriç keçiriblər.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB