Son iki gündə ölkə ərazisində bir neçə zəlzələ baş verib. Dünən saat 07:00 - də Ağstafadan 22 km Şimali - Şərqdə daha bir zəlzələ qeydə alınıb. AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ hiss olunmayıb. Qeyd edək ki, bundan öncə saat 15.22-də Masallıda, noyabrın 4-ü saat 01.49-da Xəzər dənizində və Lənkərandan 45 km cənubi-şərqdə zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı SİA-ya bildirdi ki, ölkə ərazisində qeydə alınan kiçikballı təkanların narahatlığa heç bir əsası yoxdur: "Son günlər Masallıda, Xəzər dənizində və Ağstafada qeydə alınan təkanlar Azərbaycan üçün xarakterikdir. Ancaq zəlzələ ilə bağlı ciddi narahatlıq yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB