Azərbaycan Milli Elmlər Akademiyasında akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda "Müstəqilik illərində Azərbaycan eliminin inkişafı" mövzusunda elmi sessiya keçirib. SİA-nın xəbərinə görə, Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmlər doktoru, professor Gövhər Baxşəliyeva Azərbaycan müstəqilliyinin 20 ili ərzində keçdiyi böyük inkişaf yolundan, bütövlükdə elmimizin, o cümlədən şərqşünaslıq eliminin əldə etdiyi nailiyyətlərdən söz açıb. G.Baxşəliyeva ilk növbədə Azərbaycanın 20 il öncə yenidən müstəqilliyin əldə etdiyi dövrə nəzər salıb. Gövhər Baxşəliyeva deyib ki, müstəqillik illərində Şərqşünaslıq İnstitutu əməkdaşlarının nəşr olunmuş 245 kitabından 17-si, 2700 elmi məqaləsindən 365- xarici ölkələrdə işıq üzü görüb. Keçirilimiş 28 konfransdan 15-i beynəlxalq miqyaslıdır və bu sırada xaricdə təşkil etdiyimiz birgə konfranslarda var. Həmçinin bizim təşkil etdiyimiz 51 seminardan 8-i, 34 simpozimumdan11- də beynəlxalqdır. Bu illər ərzində Şərqşünaslıq İnstitutunun əməkdaşlarının xaricdə iştirak etdiyi tədbirlər sırasında 317 konfrans, 47 seminar, 121 simpozium var. Alimlərimiz indiyədək 14 qrant alıb. Ötən 20 ildə Şərqşünaslıq İnstitutunda 8 doktorluq və 66 namizədlik dissertasiyası müdafiə edilib.
Sonra Şərqşünaslıq İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi "Müstəqillik illərində Şərqşünaslıq İnstitutunun fəaliyyəti" mövzusunda məruzə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB