Ştefan Mayst: “Rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil”

Ştefan Mayst: “Rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil”

Rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil. SİA-nın xəbərinə görə, bunu Robert Boş adına Mərkəzi və Şərqi Avropa strateji araşdırmalar mərkəzinin əməkdaşı Ştefan Mayst deyib: "Gürcüstan müharibəsindən sonra Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlarda öz fəaliyyətini daha da genişləndirməyə başlayıb. Lakin genişlənmə siyasəti həqiqəti özündə əks etdirirmi? Mən hesab edirəm ki, bu suala müxtəlif istiqamətlərdən baxmaq lazımdır. Medvedev formulunun əsasını bir tərəfdən provakisyaya şərait yaratmaq, digər tərəfdən isə münaqişənin həllində danışıqların intensivləşdirməsi görkəmi yaradaraq özünü regionda vacib oyunçu kimi qələmə verməkdən ibarətdir. Halbuki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı tərəf deyil"

Politoloq hesab edir ki, Rusiyanın üçtərəfli görüşlərə səy göstərməsi Gürcüstan-Rusiya müharibəsindən sonra meydana çıxıb: "Belə ki, Rusiya 2008-ci ildə baş verən müharibədən sonra hiss etdi ki, əgər o regionda baş verən proseslərə münasibət bildirməsə və kənarda qalmağı tərciyə etsə, onun yerini rahatlıqla Avropa Birliyi, ABŞ, İran ya da Türkiyə tuta bilər. Məhz regionda öz təsirini saxlamaq və digər aktyorları bölgəyə daxil etməmək siyasəti də Medvedevin gündəliyində duran əsas məsələlərdən biridir. Həmçinin birmənalı olaraq demək olar ki, Rusiya regionda ikili oyun aparır. Bir tərəfdən o Ermənistan Gümrü bazasında yerləşdirilən hərbi bazanın vaxtını uzadır, silah hədiyyə verir və ya öz qiymətinə satır, digər tərəfdən isə Azərbaycanı silahla təchiz edir. Bu zəmində Rusiya regionda sülh və hərb rolunun aktiv iştirakçısı olaraq özünü göstərir. Bu isə tamamilə ikili siyasətin olmasının ən əsas göstəricisidir. Məhz buna görə hesab edirəm ki, Rusiya münaqişənin həllində maraqlı deyil. Çünki münaqişənin həllindən sonra Rusiya regionda çəkisini itirəcək və hər iki ölkəyə təsir etmə qüvvəsinə malik olmayacaq".

Ermənistanın Rusiyanın vassalı olduğunu bildirən politoloq hesab edir ki, rəsmi Bakı artıq bu asılılıqdan öz enerji resursları və yürütdüyü ağıllı xarici siyasət nəticəsində malik olub.

Bütün xəbərlər Facebook səhifəmizdə