Hakim partiyadan “VHP”-yə sərt cavab: “Kimlərsə süni bir hay-küy qaldırmaq, nələrisə tərsinə yozmaq istəyirlər”
\"Azərbaycan Respublikasında seçki komissiyalarının formalaşması qaydası qanunla tənzimlənir. Seçki məcəlləsində məntəqə, dairə və Mərkəzi Seçki Komissiyasının hansı forma və prinsiplərlə formalaşdırılması dəqiq şəkildə ifadə edilib\". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, hakim partiya da seçki məcəlləsinə müvafiq olaraq seçki komissiyalarına namizədlər irəli sürür və həmin qayda əsasında da məntəqə, dairə və MSK-da hakim partiyanın irəli sürdüyü şəxslər komissiyanın üzvü kimi fəaliyyət göstərir: "Bir məsələni yadda saxlamalıyıq ki, seçki komissiyalarının formalaşmasında Milli Məclisdə təmsil olunan və say çoxluğu təşkil edən hakim partiya və Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalar eyni zamanda Milli Məclisdə təmsil olunan və heç bir siyasi partiyanın üzvü olmayan deputatlar adından komissiyalara namizədlər irəli sürülür. Bununda qaydaları açıq şəkildə qanunda öz əksini tapıb.
Bir məsələni də qeyd etmək istərdim ki, partiyalar tərəfindən irəli sürülən şəxslər dairə, məntəqə və MSK-da fəaliyyətə başladıqdan sonra bunlar siyasi mənsubiyyət daşımırlar. Onlar heç bir siyasi partiyanın marağını və yaxud ki, nizamnamə tələblərini həyata keçirmirlər. Seçki komissiyalarına üzv olan şəxslər seçki komissiyasının üzvü kimi yalnız qanun qarşısında cavabdeh olur və qanunla fəaliyyət göstərir. Yəni seçki komissiyalarına hansi siyasi partiya namizəd irəli sürürsə sürsün o, şəxs orada fəaliyyət göstərdikdə partiyanın üzvü kimi çıxış etmir və çıxış edə bilməz".
Mübariz Qurbanlı həmçinin Vətəndaş Həmrəyliyi Partiyasının "Partiyaların əvəzində yerlər Yeni Azərbaycan Partiyasının nümayəndələrinə təhvil verilir" bəyanatına da münasibət bildirib: "Burada kimlərsə süni bir hay-küy qaldırmaq, nələrinsə tərsinə yozmaq istəyirlər. Hesab edirəm ki, bu düzgün deyil. Çünki yenə vurğulayıram ki, parlamentə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası məntəqələrdə, dairələrdə və Mərkəzi Seçki Komissiyasında da onun üçün müəyyən edilən qaydada namizədlər irəli sürür.
Bundan artığını irəli sürməyib, sürməyəcəkdə və bunada ehtiyac qalmayacaq. İrəli sürərsə də təbii ki, bu da qanuna zidd olar və buna şərait yaradılmaz və imkan verilməz. Parlamentdə azlıq təşkil edən siyasi partiyalar namizədlərini müəyyən olunan qaydalar əsasında irəli sürür. \"Orada kimsə kiminsə yerini mənimsədi. Kimsə kiminsə yerinə şəxs irəli sürdü\" fikrini səsləndirmək mən hesab edirəm ki, yumuşaq desək, çox sadəlövh bir yanaşmadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB