ANAMA 483 PHS, 9 ədəd tank və 4 ədəd piyada əleyhinə minanı zərərsizləşdirib

ANAMA 483 PHS, 9 ədəd tank və 4 ədəd piyada əleyhinə minanı zərərsizləşdirib
Bu ilin iyul ayında Azərbaycanda 2232269 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.


Bu barədə SİA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mətbuat xidmətindən (ANAMA) məlumat verilib.


Əməliyyatlar nəticəsində 483 PHS və 9 ədəd tank və 4 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.


Ümumilikdə isə ANAMA tərəfindən indiyədək 167029079 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 662466 olub.


Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcəbədi, Füzuli, Goranboy, Tərtər, Yevlax, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.


İyul ayında 2 mina / PHS hadisəsi qeydə alınıb. İyulun 13-də Tovuz rayonunun Əlibəyli kəndindən keçən Tovuz çayına ermənilər tərəfindən partlayıcı qurğu quraşdırılmış aldadıcı partlayıcı uşaq oyuncağının atılması nəticəsində Aygün Şahmalıyeva adlı mülki sakin həlak olub, onun anası isə yaralanıb. Başqa bir mina hadisəsi isə iyulun 28-də Tərtər rayonunda baş verib. Sabirabad rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 19 yaşlı Hasil Sərxanov qoşunların təmas xəttində hərbi tapşırığı yerinə yetirərkən piyada əleyhinə mina partlayışına düşərək xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня