Elmar Məmmədyarov İspaniyaya gedəcək

Elmar Məmmədyarov İspaniyaya gedəcək

Cari ilin 15-17 iyun tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İspaniya Krallığına rəsmi səfəri nəzərdə tutulub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, İspaniya səfəri çərçivəsində nazir E.Məmmədyarovun İspaniya Deputatlar Konqresinin Xarici əlaqələr üzrə Komissiyasının prezidenti Duran Lleida, İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri xanım Trinidad Ximenez, İspaniya Sahibkarlar Təşkilatları Konfederasiyasının və yerli aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə