"Türkiyədə ötən gün keçirilən parlament seçkilərinin nəticələri artıq bəllidir. Türkiyə xalqı AKP hakimiyyətinə yenidən etibar edib. Yollarını Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və onun AK partiyası ilə davam etmək istəyən xalq istəyini seçkilərdə ortaya qoydu". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, xalq inkişaf və tərəqqi yolunda 2003-cü ildən həyata keçirilən siyasətə yenidən səs verdi.
"Azərbaycan hakimiyyəti olaraq Türkiyə xalqının seçiminə hörmətlə yanaşırıq. Onun seçdiyi hakimiyyət ilə bundan sonra da strateji tərəfdaşlıq kursunu və əməkdaşlığı davam etdirəcəyik və inkişaf etdiriləcəyik. Qarşıda bizi Türkiyə-Azərbaycan münasibətlərdə mühüm layihələr gözləyir. Xüsusən də enerji və digər layihələrdə Tükiyə ilə əməkdaşlıq hərtərəfli əhəmiyyətə malikdir", - deyə o əlavə edib.
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov "Diffamasiya haqqında" qanunun qəbuluna da münasibət bildirib. Onun sözlərinə görə, diffamasiya ilə bağlı Azərbaycan hakimiyyətinin rəyi birmənalıdır: "Cənab prezident ötən il Mətbuat Şurasında keçirdiyi görüş zamanı bəyan etdi ki, Azərbaycanda neçə illərdir ki, jurnalistin peşə fəaliyyətinə görə həbs edilməsinə moratorium qoyulub. Bütövlükdə "Diffamasiya haqqında" qanunu qəbul etməyə hazırıq. Yetər ki, Avropa və bütün dünya mətbuat siyasəti, diffamasiya ilə bağlı bütün ölkələrə standart yanaşsın və ayrı-seçkilik olmasın. Bir ölkə üçün nəzərdə tutulan tələblər digər ölkələr üçün də nəzərdə tutulsun".
Ə.Həsənov deyib ki, Mətbuat Şurasının "Diffamasiya haqqında" qanunla bağlı layihəsi mövcuddur, Avropa strukturları da bu layihə ilə tanışdırlar: "Bu yaxınlarda ATƏT-in təşkilatçılığı ilə onun müzakirəsi keçirildi. Düşünürük ki, bu il o qanun da qəbul oluna bilər. Onun sözlərinə görə, hər halda Azərbaycan hakimiyyətinin iradəsi ondan ibarətdir ki, söz və mətbuat sahəsində siyasi plüralizmə xidmət edən prinsiplər bir az da inkişaf etdirilsin, azad medianın, sözün dairəsi getdikcə genişlənsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB