ABŞ-dan Türkiyəyə şok tələb!

ABŞ-dan Türkiyəyə şok tələb!

ABŞ-dan Türkiyəyə qəribə tələb! SİA-nın məlumatına görə, ABŞ Liviyaya qarşı başlanacaq quru əməliyyatlarında Türkiyənin də iştirak etməsini təklif edib. Bu barədə ABŞ-ın müdafiə naziri Robert Qeyts məlumat verib. O bildirib ki, ABŞ və Türkiyə də daxil olmaqla digər müttəfiqlərin birləşməsi vəziyyəti daha da asanlaşdıra bilər.

Qəddafi güclərinə qarşı əməliyyat təşkil edən NATO-ya bütün dünya ölkələrinin dəstək verməli olduğunu deyən nazir, bu üsulla nəticələrə tez bir zamanda nail olmağın mümkün olduğunu diqqətə çatdırıb: \"NATO-nun həyata keçirdiyi əməliyyatlarda tez bir zamanda nəticə əldə etmək üçün dünya ölkələri də bu əməliyyata dəstək verməlidir. İspaniya, Türkiyə və Hollandiya əməliyyata qoşularaq ciddi yardım göstərə bilərlər. Bu cür iştiraklar birmənalı şəkildə NATO-nun əməliyyatlarının nəticələrinin tezləşməsinə səbəb olacaqdır\".

Adının açıqlanmasını istəməyən amerikalı bir səlahiyyətli Qeytsin Almaniya və Polşadan da yardım tələb etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə