Hesablama Palatası Naxçıvan Avtomobil Yolları Agentliyinin auditin nəticələrini prokurorluğa təqdim edib
Azərbaycan Hesablama Palatası Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində olan qurumlarda dövlət vəsaitlərinin istifadə və idarə edilməsinə dair aparılmış auditin nəticələrini prokurorluq orqanına göndərilməsini qərara alıb.
SİA xəbər verir ki, bununla bağlı qərar Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən Kollegiya iclasında qəbul edilib.
İclasda auditor Hafiz İsmayılbəyli tərəfindən təqdim edilən "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi Publik Hüquqi Şəxs və tabeli qurumları tərəfindən dövlət vəsaitlərinin istifadə və idarə edilməsinin auditinin nəticələrinə dair Auditor hesabatı" müzakirə olunub.
"Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi barədə qərar qəbul edilib. Eyni zamanda, audit zamanı dövlət vəsaitlərinin istifadə və idarə edilməsi sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunduğu nəzərə alınaraq, müvafiq materialların prokurorluq orqanına göndərilməsi qərara alınıb", - məlumatda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB