"Azərbaycan qlobal urbanizasiya müzakirələrinin mərkəzinə çevrilir" - DEPUTAT DANIŞDI
"Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumuna sayılı günlər qalır. Bu foruma ev sahibliyi etmək ölkəmizin mövqeyini daha da gücləndirəcək. Son illərdə Azərbaycan yalnız enerji və nəqliyyat sahəsində deyil, həm də beynəlxalq dialoq, urbanizasiya, iqlim, humanitar əməkdaşlıq və mədəniyyət platforması kimi çıxış edir".
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputati Nigar Məmmədova deyib.
.jpg)
Onun sözlərinə görə, bu xüsusda Şəhərsalma Forumu da Azərbaycanın beynəlxalq imici baxımından strateji əhəmiyyət daşıyır: "Təcrübə göstərir ki, müasir dövrdə beynəlxalq tədbirlərə ev sahibliyi etmək dövlətlərin “yumşaq güc” siyasətinin əsas elementlərindən biridir. Forumlar, sammitlər və konfranslar ölkələrdəki siyasi sabitliyi, təhlükəsizlik imkanlarını, həm də təşkilatçılıq potensialını nümayiş etdirir. Azərbaycanın müxtəlif illərdə yüksək səviyyəli tədbirləri uğurla keçirməsi artıq ölkəmizin bu sahədə ciddi təcrübəyə malik olduğunu sübut edib.
Şəhərsalma Forumunun aktuallığını artıran əsas məqamlardan biri Azərbaycanın hazırda genişmiqyaslı yenidənqurma və urbanizasiya mərhələsində olmasıdır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri beynəlxalq miqyasda da maraqla izlənilir. Forum çərçivəsində bu təcrübələrin təqdim olunması Azərbaycanın innovativ yanaşmalarını dünya ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyətlidir.
Bundan başqa, belə tədbirlər ölkənin iqtisadi imkanlarının genişlənməsinə də xidmət edir. Beynəlxalq forumlar xarici investorların diqqətini cəlb edir, turizm sektoruna müsbət təsir göstərir və biznes əlaqələrinin inkişafına şərait yaradır.
Beynəlxalq tədbirlər eyni zamanda Azərbaycanın regional diplomatiyada fəal rol oynadığını göstərir. Müxtəlif ölkələrdən nümayəndələrin iştirakı ilə keçirilən forumlar dialoq və əməkdaşlıq mühitini gücləndirir. Bu, xüsusilə geosiyasi proseslərin intensivləşdiyi dövrdə mühüm amil hesab olunur.
Ümumdünya Şəhərsalma Forumu həm də Azərbaycanın gələcək inkişaf modelinin təqdimatı olacaq. Dayanıqlı şəhər planlaşdırılması, yaşıl enerji, rəqəmsal idarəetmə və ekoloji yanaşmalar kimi mövzular ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətləri sırasında yer alır.
Azərbaycanın belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin şəhərsalma, memarlıq və mədəni irsin qorunması sahəsində qazandığı uğurların beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. Bu forum müxtəlif ölkələrin təcrübəsini bir araya gətirərək dayanıqlı şəhərlərin qurulması, tarixi irsin mühafizəsi və urbanizasiya məsələlərinin müzakirəsi üçün mühüm platformadır. Foruma ev sahibliyi etmək Azərbaycanın öz nailiyyətlərini və davamlı şəhər inkişafının təşviqi və həyata keçirilməsində rolunu bir daha nümayiş etdirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB