"Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini bərpa etməsi iki ölkə arasındakı münasibətlərdə nisbi normallaşma mərhələsinə keçidin göstəricisi kimi qiymətləndirilə bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyyə Qarayeva deyib.
Onun sözlərinə görə, bu addım diplomatik kanalların yenidən aktivləşməsi, qarşılıqlı etimadın müəyyən səviyyədə bərpası və gərginliyin idarəolunan çərçivəyə salınması baxımından əhəmiyyətlidir:
"Son dövrdə yüksək səviyyəli təmasların artması, rəsmi ritorikanın nisbətən yumşalması və qarşılıqlı təhlükəsizlik narahatlıqlarının daha açıq müzakirə olunması münasibətlərin əvvəlki kəskin mərhələdən fərqli olaraq daha praqmatik müstəviyə keçdiyini göstərir.
Bununla belə, münasibətlərin tam sabit və problemsiz olduğunu demək hələ tezdir. Tərəflər arasında etimad hələ də tam formalaşmayıb və regional geosiyasi dinamika, xüsusilə təhlükəsizlik məsələləri bu əlaqələrə təsir göstərməkdə davam edir. Ona görə də hazırkı mərhələni daha çox “məhdud yaxınlaşma və ehtiyatlı əməkdaşlıq” kimi xarakterizə etmək olar. Yəni dialoq bərpa olunub, amma münasibətlər hələ də həssas və dəyişkən xarakter daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB