Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Martın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında strateji müttəfiqlik münasibətlərindən irəli gələn əməkdaşlıq məsələləri, habelə Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Bölgədə daha da artan gərginlikdən dərin narahatlıq ifadə olunub, hərbi eskalasiyanın yalnız regional təhlükəsizliyi deyil, eyni zamanda, qlobal sabitliyi də ciddi şəkildə təhdid etdiyi vurğulanıb. Sabitliyin bərqərar olunması istiqamətində səylərin artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Nazirlər müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, xalqlarımız və iki ölkə arasında birliyin və əməkdaşlığın daha da möhkəmlənməsini arzulayıblar.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB