ABŞ bir neçə aylıq fasilədən sonra yaxın gələcəkdə BMT büdcəsinə ödəniş edəcək.
SİA xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib.
2025-ci ilin noyabr ayında Uolts ABŞ administrasiyasının təşkilatda islahatları gözlənildiyi üçün BMT-yə ödənişləri dayandırdığını bildirmişdi.
ABŞ-ın daimi nümayəndəsi “Reuters” agentliyinə son müsahibəsində bildirib: “Mən ilk vəsait tranşının çox tezliklə köçürüləcəyini gözləyirəm. Düşünmürəm ki, son məbləğ müəyyən edilib, amma bu, bir neçə həftə ərzində ediləcək”.
Fevralın əvvəlinə olan məlumata görə, ABŞ-ın BMT-nin büdcəsinə töhfələr borcu təxminən 2,19 milyard dollar təşkil edib ki, bu da bütün BMT ölkələrinin ümumi borclarının 95 faizini təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB