"ABŞ-ın dəvəti Azərbaycan siyasətinin son dərəcə konkrekt olduğunu göstərir" - ŞƏRH EDİLDİ
"İndi olduğu qədər, illər ərzində də Azərbaycanın yanaşması aydın idi. Himayərdarlarının narahatlıq keçirdiyi Ermənistanın aqibəti, regionla bağlı planlaşdırılan layihələrdə qarşıda duran məsələ Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsi idi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu işdə prinsipiallıq nümayiş etdirdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, ərazi bütövlüyü və suverenlik təmin edildikdən sonra Azərbaycanın sülh təşəbbüslərini dərhal iləri sürməsi və əməkdaşlıq platforması təqdim etməsi həm yanaşmamımızın, həm də reallıqları aydın dərk etməyimizin göstəricisi idi: "Bu istiqamətdə dövlət başımızın fikirlərinin ana xətti ondan ibarət idi ki, Azərbaycan xarici siyasətinin əsasını region ölkələri ilə əməkdaşlıq tutur. Reallıqların qəbul edilməsinə paralel və ondan sonra regiondan kənar aktorlar da sərmayə qoyulması üçün maraq göstərdi, yaranan imkan və fürsətlər dəyərləndirilərkən ancaq siyasi və iqtisadi dividentlərin artan tempi üzə çıxdı. Məhz buna görə də Azərbaycanın sülh yaratmaq təşəbbüsünə dəstək gəldi, bütün dünya tərəfindən bu təşəbbüslər təqdir olundu.
Hadisələr o qədər dəqiqliklə icra edildi ki, Ermənistan da işlərin icrası ilə bağlı dəfələrlə razılıqlarını, minnətdarlıqlarını ifadə edirlər. Bu dəfə də Ermənistanın Prezidenti Vaaqn Xaçaturyan cənab Prezident İlham Əliyevə siyasi iradəsinə və regionda sülhə nail olmaq üçün göstərdiyi səylərə görə təşəkkür etdi. Təbii ki, Azərbaycan illər ərzində Ermənistana təlqin etməyə çalışırdı ki, işğal siyasətindən əl çəksin və beləliklə də regionda baş tutan layihələrdə pay sahibi olsun.
Bir neçə dəfə Ermənistana bu tarixi şans verildi, lakin əfsuslar olsun ki, Ermənistanın həm öz yürütdüyü siyasət, həm də himayədarları ucbatından dövlət və xalq olaraq bu təşəbbüslərdən kənarda qaldı. Tarixi şans yaranıb. Bu tarixi şansda və indiki məqamda dünyada ən əsas ehtiyac duyulan amil sülhdür və bu istiqamətdə Azərbaycan Prezidentinin sülh təşəbbüsləri dünya tərəfindən təqdir edilir. ABŞ Prezidenti Donald Trampın da Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını Azərbaycanın dəstəkləməsi və üzv dövlət kimi bu dəvətə razılıq verməsi, ondan xəbər verir ki, Azərbaycan sülhü sadəcə regionda deyil, bütün dünyada təşviq edir. Yaxın Şərqdə baş verən proseslər bəllidir, resurslar uğrunda savaşın aktuallığı, Qrenlandiya məsələsi aydındır. Rusiya-Ukrayna məsələsi ilə bağlı əldə edilə bilməyən nəticələr və reallıq göz önündədir.
Təbii ki, bütün bunların fonunda Azərbaycan beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır. Belə çətin proseslərin içindən çıxmaq üçün aydın vizyonu olan liderlərə ehtiyac duyulur. Bu işdə fövqəldövlətin Azərbaycana dəvət göndərməsi, Azərbaycanı aktorlar arasında görmək istəyi Azərbaycan Prezidentinin yürüdüyü siyasətin son dərəcə korrekt olduğundan xəbər verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB