Yanvarın 9-da ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 28 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə