"Dövlətimizin və Türk dünyasının gələcəyi üçün mühüm addımlar atılır" - DEPUTAT DANIŞDI
"Dövlətimizin başçısının yerli televiziya kanallarına müsahibəsi artıq ənənə halını alıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, mövcud geosiyasi şəraitdə Mərkəzi Asiyanı Qərblə coğrafi və logistika baxımından birləşdirən yeganə etibarlı ölkə Azərbaycandır: "İndi dövlətimiz Mərkəzi Asiya və Qərb arasında "canlı körpü" rolunu oynayır. Azərbaycan hazırda bu iki region arasında nəqliyyat-logistika bağlantılarında mühüm rol oynayır və beynəlxalq aktorlar üçün alternativ marşrutlar təklif edir. Azərbaycan Mərkəzi Asiya ilə Qərb arasında nəqliyyat, logistika və ticarət əlaqələrini təmin edən etibarlı tərəfdaşdır.
Bu barədə cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də danışıb. Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artmış, yüklərin keçid müddəti əhəmiyyətli dərəcədə azalmışdır. 2030-cu ilədək Orta Dəhlizin yükdaşıma qabiliyyətinin 2021-ci il ilə müqayisədə üç dəfə artacağı, yüklərin keçid müddətinin isə iki dəfə azalacağı gözlənilir.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə həmçinin Azərbaycanın digər türk dövlətləri ilə hərbi əməkdaşlığı genişləndirmək istəyinə diqqət çəkilərək deyilib: “Müsahibədə türk dövlətləri ilə hərbi əməkdaşlığı genişləndirməyin, birgə hərbi təlimlər keçirilməsinin vacibdir.” Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi bu fikirlər sadəcə dövlətimizin deyil, bütün Türk dünyasının gələcək təhlükəsizliyi baxımından mühüm amil və istiqamətləri əhatə edir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB