Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib - YENİLƏNİB-2 - FOTOLAR
Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.
SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış etdi.
- Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Sizin hamınızı ürəkdən salamlayıram. Bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsini qeyd edirik. Bu, çox önəmli hadisədir. Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bu gün artıq fəaliyyətə başlayır. Əminəm ki, 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir.
Mən yaxşı xatırlayıram ki, düz dörd il bundan əvvəl - 2022-ci ilin yanvar ayında bu salonda bu stansiyanın təməlini qoymuşduq. Bu illər ərzində fəal iş aparılmışdır və bu gün biz bu gözəl hadisəni birlikdə qeyd edirik. İlk növbədə, bu stansiyanın tikintisində əməyi keçmiş bütün insanlara, şirkətlərə təşəkkürümü bildirmək istəyirəm, ilk növbədə, investor olan “ACWA Power” şirkətinə, onun rəhbərliyinə. Bu, “ACWA Power” tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyasıdır, ancaq sonuncu deyil. Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. Onu da bildirməliyəm ki, “ACWA Power” şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdən biridir və eyni zamanda, Azərbaycan qurumları ilə əməkdaşlıq əsasında yeni layihələrin icra edilməsində maraqlıdır. O cümlədən ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də yenə də bu şirkət investor kimi icra edəcəkdir.
Bu stansiyanın tikintisində baş podratçı kimi iştirak edən “Power China” şirkətinin fəaliyyətini qeyd etməliyəm. Bu şirkət bu layihədə podratçı kimi iştirak edir, ancaq digər layihələrdə, o cümlədən investor kimi iştirak edəcək. Əminəm ki, bu şirkətin nəzərdə tutduğu bütün planları Azərbaycanda həyata keçəcəkdir.
Təbii ki, Azərbaycan energetiklərinin əməyini qiymətləndirməliyəm. Çünki son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm məsuliyyətli bir prosesdir. O cümlədən bərpaolunan enerji növlərinin böyük həcmdə ümumi enerji sistemimizə inteqrasiya etməsi də, əlbəttə ki, böyük peşəkarlıq tələb edir, böyük vəsait tələb edir. Nəzərə alsaq ki, bundan sonrakı illərdə bərpaolunan enerji stansiyalarının Azərbaycanda tikintisi çox geniş vüsət alacaq, əlbəttə, Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək səviyyədə olmalıdır. Yəni burada biz çox uğurlu beynəlxalq əməkdaşlıq nümunəsini görürük. Onu da bildirməliyəm ki, bundan sonra bərpaolunan enerji növlərinin yaradılması ilə daha çox xarici investorlar məşğul olacaqlar. Halbuki Azərbaycan şirkətləri də bu məsələyə maraq göstərməyə başlamışlar və artıq bir neçə Günəş elektrik stansiyasının tikintisinə də başlanılmışdır.
Bütövlükdə deyə bilərəm ki, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir. Demək olar ki, son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir.
Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək.
Onu da bildirməliyəm ki, keçən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışını qeyd edərkən bir daha əmin olduq ki, Azərbaycanda bu iki proses, yəni ənənəvi generasiya gücləri və bərpaolunan generasiya gücləri paralel şəkildə aparılmalıdır. Ancaq o təqdirdə biz istədiyimiz nəticəyə nail ola bilərik. Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır.
Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bu günə qədər Qaradağ rayonunda açılıb, bu gün Xızı, Abşeron rayonlarında. Yəni Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq. Mən buna şübhə etmirəm. Ona görə xarici investorları həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə dəvət edirəm. Xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrə investisiya qoymağa dəvət edirəm. O cümlədən Azərbaycan şirkətlərini də.
Ölkəmizdə gözəl investisiya iqlimi vardır. Biz ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik. Bu gün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Mən bu yaxınlarda bu məsələ ilə bağlı geniş danışmışam. Sadəcə olaraq, onu bildirməliyəm ki, bizim bu sahədə apardığımız islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün bizim kredit reytinqimiz daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb.
Bizim xarici borcumuz çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun təqribən 6 faizindən bir qədər çoxdur. Valyuta ehtiyatlarımız xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə, Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır. Yəni bütün bu və başqa amillər deməyə əsas verir ki, Azərbaycana qoyulan sərmayə xeyir gətirəcək, mənfəət gətirəcək. Bu gün Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir məkandır. Ölkəmizdə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. Beş ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır, ölkəmizdə genişmiqyaslı quruculuq işləri aparılır. Ona görə bugünkü mərasimin timsalında xarici şirkətlərin bizə olan inamını da görürük və bu inam tam əsaslıdır.
Gələcək planlarla bağlı. Nəzərə alsaq ki, bizdə bərpaolunan enerji potensialı çox artacaq, əlbəttə, biz bu enerjini saxlamaq üçün infrastruktur yaratmalıyıq. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemi də yaradılır. Birinci layihə 250 meqavatlıqdır. Bunu “AzərEnerji” öz vəsaiti hesabına icra edir. Ancaq bizim artan potensialımız tələb edəcək ki, belə Batareya Enerji Saxlanc sistemlərinin sayı daha da çoxalsın və mən xarici investorları da bu işə dəvət edirəm.
Generasiya gücləri ilə bağlı isə təkcə bunu demək kifayətdir ki, imzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Əgər biz su elektrik stansiyalarının potensialını əlavə etsək, bizim potensialımız təbii ki, daha da böyüyəcək. Biz son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa etmişik. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur.
Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və ancaq o bölgədə biz təqribən 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Demək olar ki, bunun yarısı artıq hazırdır və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin olunubdur.
Bu gün isə biz bu gözəl hadisəni qeyd etməklə həm görülmüş işlərə bir növ yekun vururuq və ən əsası gələcək planlarla bağlı da öz baxışlarımızı bölüşürük. Çünki yenə də deyirəm, Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir. Bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Mən bir daha həm xarici, həm yerli investorların fəaliyyətini bu qərara görə qiymətləndirirəm və onlara bir daha deyirəm ki, Azərbaycana sərmayə qoyun. Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir.
Bütövlükdə energetika sahəsində gedən proseslərə nəzər saldıqda görürük ki, bu gün bəlkə də enerji təhlükəsizliyi məsələləri daha qabarıq şəkildə ortaya çıxır. Biz uzun illərdir bu istiqamətdə fəaliyyət göstəririk. Bizim neft ixracımız, qaz ixracımız, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft-kimya məhsullarının, gübrələrin ixracı bu gün bir çox ölkələr üçün, onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır. Azərbaycan burada çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir, dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanmışdır.
Əziz dostlar, bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik edirəm. Stansiyanın fəaliyyətinə uğurlar arzulayıram. Sağ olun.
x x x
Sonra Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Lu Mey, "ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan çıxış ediblər.
Daha sonra "Xızı-Abşeron" Külək Elektrik Stansiyası layihəsi haqqında qısa videoçarx nümayiş olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və "ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasını işə saldılar.
Sonda birgə foto çəkdirildi.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri
Səhiyyə 15:25AB Kiyevə müdafiə üçün 6,1 milyard avro ayırıb
Dünya 15:21Rusiyanın yeni miqrasiya siyasəti - AKTUAL
Siyasət 15:16Paşinyan “açıq kosmos”da - GÜNDƏM
Dünya 15:09İran ballistik raket istehsalını yeniləyir
Dünya 15:00Qazaxıstan Xəzər dənizində hərbi təlimlərə başlayır
Siyasət 12:20Stresə qarşı mübarizədə idmanın əhəmiyyəti - FOTO
Sosial 12:17Dron hücumları Rusiyada neft hasilatını azaldıb
Dünya 12:16ŞƏT nüfuzlu beynəlxalq təşkilata çevrilir - TƏHLİL
Siyasət 11:526 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır
İqtisadiyyat 11:37Diplomatlar Xankəndidə yeni tikintilərlə tanış olublar
Siyasət 11:04Tramp: İranla müharibə 2029-cu ilədək bitəcək
Dünya 10:43Ukrayna və Kanada arasında 100 illik BƏYANNAMƏ
Dünya 05:04Avropa ŞOKDA - qaz qiymətləri "əl yandırır!"
İqtisadiyyat 03:22Bu gün 11 sentyabr terror hücumlarından 25 il ötür
Siyasət 03:05"Fənərbağça"nın baş məşqçisi İSTEFA VERDİ
İdman 02:21“Turan Tovuz”dan daha bir TRANSFER
İdman 01:22"Sabah" "Mançester Yunayted"ə uduzdu - YENİLƏNİB
İdman 01:02V turun hakim təyinatları açıqlandı - hansı hakim hansı oyunu idarə edəcək?
İdman 10 Sentyabr 23:29"Azərbaycanın bu təcrübəsi Türkiyə üçün çox qiymətlidir" - türkiyəli nazirdən AÇIQLAMA
Siyasət 10 Sentyabr 23:02Suraxanının bu ərazisində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyuldu - XƏBƏRDARLIQ
Sosial 10 Sentyabr 22:30BMT Təhlükəsizlik Şurası toplanır - Yəmənə görə...
Dünya 10 Sentyabr 22:03Əlverişli qiymətə satılan Volkswagen elektrik avtomobili hitə çevrilib...
Texnologiya 10 Sentyabr 21:51Sandra Bullok özünü “faralardakı maral”la müqayisə etdi...
Mədəniyyət 10 Sentyabr 21:28Çeçenistan rəhbəri üzü gizlədən geyim geyinməyi tənqid edib...
Sosial 10 Sentyabr 21:07Uğurların təməlində xalqın dəstəyi dayanır
Siyasət 10 Sentyabr 21:00Böyük etimad, sonsuz inam
Siyasət 10 Sentyabr 20:49“Dünyanın ağ-qara rəngə çevrilməsini bəyənmirəm...”
Dünya 10 Sentyabr 20:48Elon Maskın keçmiş həyat yoldaşı evlilikləri ilə bağlı sükutu pozdu...
Sosial 10 Sentyabr 20:27“The Wall Street Journal”: Pekin özünü üstələyib...
Dünya 10 Sentyabr 20:05Alim öz layihəsinin nəticələrindən qorxur...
Texnologiya 10 Sentyabr 19:51Rusiya ordusu Pavloqrada dron zərbəsi endirib...
Dünya 10 Sentyabr 19:42"Botafoqo" Hakim Ziyeşi transfer edib
İdman 10 Sentyabr 19:36“FT”: Ağ Ev Vittkoffun Ukrayna danışıqlarında iştirakını azalda bilər...
Dünya 10 Sentyabr 19:28Putin və Lavrovun bunkerlərinə gəzinti... .
Dünya 10 Sentyabr 19:05Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Dünya 10 Sentyabr 18:59“Mən döş xərçəngini məğlub etmədim...”
Dünya 10 Sentyabr 18:49Şəmkirdə istixanada yanğın olub
Hadisə 10 Sentyabr 18:37Kiyev Rusiya bombardmanları ilə necə mübarizə aparır...
Dünya 10 Sentyabr 18:28Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq
Sosial 10 Sentyabr 18:12Vittkoff-Kuşner missiyası niyə uğursuz oldu..?
Dünya 10 Sentyabr 18:06Azərbaycan balı Avropa İttifaqı ölkələrinə ixrac oluna bilər
Sosial 10 Sentyabr 17:49Azərbaycan parlaq nailiyyətlər qazanır, milli gücümüz günbəgün artır
Siyasət 10 Sentyabr 17:093-cü Bakı Dayanıqlı Biznes Assambleyası keçirilib
Siyasət 10 Sentyabr 16:43Mesajların hökmranlığı ŞƏRH
Siyasət 10 Sentyabr 16:43Tərəqqi və Zəfər yolunda -FOTOLAR
Siyasət 10 Sentyabr 16:42PR planının həyata keçirilməsi: strategiyadan real nəticəyə
Səhiyyə 10 Sentyabr 16:37Yeni, müasir və müstəqil Azərbaycan reallığı
Siyasət 10 Sentyabr 16:26Xalqımız tarixi zəfərlərin qürurunu yaşayır
Siyasət 10 Sentyabr 16:21Paşinyan Sülh Sazişindən niyə QAÇIR?
Siyasət 10 Sentyabr 16:17Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Sosial 10 Sentyabr 16:05“Reytinq bu günün rəqəmidir, elm isə sabahın taleyidir” -KÖŞƏ
Köşə yazıları 10 Sentyabr 15:29"Azərbaycan başqalarının geosiyasi mübarizəsində tərəf deyil" - POLİTOLOQ
Siyasət 10 Sentyabr 15:25Ermənistan AİB-dən nə istəyir? - ANALİZ
Siyasət 10 Sentyabr 14:22“İqlim dəyişikliklərinə vaxtında və düzgün reaksiya vermək son dərəcə vacibdir“ -EKOLOQ
Siyasət 10 Sentyabr 13:56İsrailin HƏMAS-la gizli əlaqələri
Dünya 10 Sentyabr 13:19KOICA bu il Qarabağda kəhrizlərin bərpasına başlayacaq -SƏFİR: KAN KİMQU
Siyasət 10 Sentyabr 13:08“Lisenziyalaşdırma təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin əsas vasitəsidir” -EKSPERT DANIŞDI
Təhsil 10 Sentyabr 12:39“AIDA layihələri üçün açıq çağırışlar elan edilə bilər” -FARİZ İSMAYILZADƏ
Siyasət 10 Sentyabr 12:36“AIDA-nın fəaliyyəti üzrə vahid statistik hesabat hazırlanmalıdır” -FARİZ İSMAYILZADƏ
Siyasət 10 Sentyabr 12:35"Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ekoloji problemlərə səbəb olur" - EKOLOQ
Sosial 10 Sentyabr 12:35Payız aylarında immun sistemimizi necə gücləndirək? -HƏKİM DANIŞDI
Siyasət 10 Sentyabr 12:14“Əsas məsələ əmək bazarının yox olması deyil, onun strukturunun dəyişməsidir“ -EKSPERT DANIŞDI
Siyasət 10 Sentyabr 12:11"Azərbaycan tranzit və logistika mərkəzinə çevrilməklə yeni gəlir imkanları qazanır" - İQTİSADÇI
İqtisadiyyat 10 Sentyabr 12:06“Türkiyə bu il G20-yə ev sahibliyi edəcək, tədbir Antalyada keçiriləcək” -ABDULLAH EREN
Siyasət 10 Sentyabr 12:04Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9763
+0,12%
-
GBP
2,3017
+0,20%
-
RUB
1,9710
-0,09%



