“Venesuelada bu vəziyyətin yaranması ABŞ-nin geosiyasi uğuru kimi qiymətləndirilsə…” - ŞƏRH EDİLDİ
“Venesuelada baş verənlər müasir beynəlxalq münasibətlər sistemində hələ də güc faktorunun aktual olduğuna işarədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, güclü dövlətlər ğz məqsədlərinə çatmaq üçün radikal, aqressiv adddımlar atırlar:
“Məhz bunun nəticəsidir ki, Venesuela prezidenti Nikolas Maduro həbs olunaraq ABŞ-yə aparılıb. Şübhəsiz ki, Venesuelada bu vəziyyətin yaranması ABŞ-in geosiyasi uğuru kimi qiymətləndirilsə də digər tərəfdən də geopolitik mərkəzlərin maraqlarına böyük ziyan vurur. Onları gücsüz vəziyyətdə göstərir. Bunlardan biri də Rusiyadır. Çünki Venesuelada prezidenti devirmək və ABŞ-yə uyğun şəxsi hakimiyyətə gətirmək haqqında düşüncələr olanda bir təyyarə dolu silah-sursat Venesuelaya göndərildi. Bu da Rusiyanın güclü vaxtında atılan addım idi. Bu gün Rusiyanın güclü və təsirli hesab etmək olmaz. Suriya məsələlərindən sonra Nikolas Maduronun da həbsi Rusiyaya böyük zərbə vurdu. Ukrayna ilə olan müharibə də Rusiyanı nə qədər bataqlığa sürüklədi. Bu baxımdan düşünürəm ki, Rusiya ayrı-ayrı regionlarda nüfuzunu itirərək beynəlxalq münasibətlər sistemində sıradan bir dövlətə çevrilməkdədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB