Xristian həmvətənlərimiz ümumi evimiz Azərbaycanın çiçəklənməsi naminə səylərini əsirgəmirlər - Prezident
Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir.
SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı müraciətində deyilir.
Dövlət başçısı qeyd edib ki, dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarına, o cümlədən xristian icmasına etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün hərtərəfli demokratik-hüquqi şərait yaradılıb:
"Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, ümumi evimiz Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə səylərini əsirgəmirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB