"“15-ci Beşillik Plan” layihəsində Çinin növbəti beş il üçün iqtisadi və sosial inkişafının əsas hədəfləri müəyyən edilmişdir: yüksək keyfiyyətli inkişaf, texnoloji müstəqilliyin yüksəldilməsi, islahatların dərinləşdirilməsi, sosial-mədəni sahələrin təkmilləşdirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, milli təhlükəsizliyin möhkəmləndirilməsi və Gözəl Çin ideyasının həyata keçirilməsi. Bu əsaslar üzərində Çin 2035-ci ilə qədər iqtisadi gücünü, texnoloji potensialını, müdafiə qabiliyyətini və beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırmağı, adambaşına düşən ÜDM-i orta inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmağı, sosialist modernizasiyanı reallaşdırmağı planlaşdırır".
SİA xəbər verir ki, bu sözləri Çin Xalq Respublikasının Azərbaycandakı səfir Lu Mey Azərbaycan–Çin münasibətlərinə həsr olunmuş illik mətbuat brifinqində çıxışı zamanı səsləndirib.
Səfir bildirib ki, humanitar və gənclər mübadilələri iki ölkə arasında dostluğun möhkəm təməlini təşkil edir:
“Dövlətlər arasında yaxşı münasibətlərin açarı xalqların yaxınlığıdır, insanların yaxınlığının açarı isə qarşılıqlı anlaşmadır. Bu il vizasız rejim sayəsində turist mübadiləsi artmış, Çin dili və mədəniyyətinə maraq yüksəlmişdir. Gənclər hər iki ölkənin gələcəyidir və onların təşəbbüsləri strateji tərəfdaşlığı daha da gücləndirir".
Lu Mey əlavə edib ki, Çin Kommunist Partiyasının 20-ci çağırışının IV plenumunda qəbul edilmiş “15-ci Beşillik Plan” ölkənin növbəti beş il üçün iqtisadi və sosial inkişafının strateji yol xəritəsini müəyyən edir. O qeyd edib ki, Çin dünya iqtisadiyyatının inkişafında aparıcı rol oynayır və innovativ texnologiyaların tətbiqi ilə qlobal inkişaf prosesinə töhfə verir.
Səfir həmçinin “Si Cinpin dövlət idarəçiliyi haqqında” kitabının beşinci cildində Çinin dövlət idarəçiliyi sahəsində nailiyyətlərindən, Qlobal İnkişaf, Təhlükəsizlik, Mədəniyyət və İdarəetmə təşəbbüslərindən bəhs etdiyini vurğulayıb. Bu təşəbbüslərin yalnız Çinə deyil, həm də Azərbaycana və bütün dünyaya fayda verdiyini bildirib.
Lu Mey çıxışının sonunda əlavə edib ki, Çin–Azərbaycan münasibətləri gələcəkdə daha da geniş perspektivlərə malikdir və yeni ildə hər iki ölkə strateji tərəfdaşlığı möhkəmləndirəcək, iqtisadi və sosial sahələrdə əməkdaşlığı davam etdirəcək. Səfirliyin təşəbbüsü ilə təqdim olunacaq videoçarx və hazırlanan Çin yeməkləri iştirakçıları salamlayır və qarşıdan gələn Yeni il münasibətilə jurnalistləri təbrik edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB