İnternet dövründə müxtəlif mənbələrdən çıxan nəzarətsiz informasiyalar sanki yırtıcı yarasalar kimi insanın üzərinə hücum edir. Bu “hücum” hazırlıqsız internet istifadəçisini çaşqınlığa salır və obyektiv həqiqət tədricən təhrif olunur. Yaşanan hadisələrə bilavasitə aidiyyəti olmasa belə, xüsusilə siyasi münasibətlər müstəvisində cərəyan edən proseslər ilə əlaqədar hər bir məsuliyyətli vətəndaşın mütləq şəkildə adekvat baxışları olmalıdır. Baş vermiş bu və ya digər konkret siyasi hadisədən dərs çıxartmaq, habelə düzgün qənaətlərə gəlmək kimi bacarıqlar həyatımızı sadəcə rahatlaşdırmır, eyni zamanda, səhvlərin gələcəkdə təkrar olunmasına imkan vermir, potensial təhdidləri neytrallaşdırır və bizlərdən manipulyasiya alət kimi istifadə olunmasının qarşısı alınır. Bu mənzərə davamlı olaraq qərəzli informasiya hücumlarına məruz qalan Azərbaycan cəmiyyəti üçün xüsusilə aktualdır.
Bu mənada radikalların bayraqtutanı hesab olunan Əli Kərimlinin həbsi ətrafında olay yaratmaq istəyənlərin cəhdləri çox cılız və gülünc görünür. Əslində onların bu cəhdləri inersiyadan başqa bir şey deyil. Bəli, ola bilsin ki, növbəti ildə “demokratiyanın inkişafına” yönəlmiş qrantların hesabına biz məsələ ilə bağlı yeni “qımışlamalara” şahidlik edəcəyik. Ancaq həqiqət ifşa olunub və bütün mənalarda Vətəndən uzaq olanların“vətənpərvərlik” mahnılarının arxasında nələr dayandığını cəmiyyətimiz artıq çox gözəl bilir. Yaşanan hadisələr bizə açıq şəkildə onu göstərdi ki, bəhs etdiyimiz düşərgə əslində heç yox imiş, yırtıq bayraqları isə çoxdan cırılıbmış.
Bu günlərdə baş verən və istəmədən şahidlik etdiyimiz bəzi hadisələrin nəticəsində bizə daha aydın oldu ki, niyə “kimlərsə” ölkədə aktiv şəkildə təşviq olunan siyasi dialoq mühitini hədəfə alırmış? Ona görə ki, dialoq mühiti onların manipulyasiya imkanlarını məhdudlaşdırdı və məhz dialoq mühiti siyasi partiyaları dövlət və cəmiyyət naminə sağlam əməkdaşlıq yoluna gətirə bildi. Qısa müddət ərzində mövcud istiqamətdə görülən işlərin nəticəsində partiyalar siyasi institut kimi dayanıqlı inkişafın təməl göstəricisi olan ictimai konsensusun təmin olunması prosesinin mühüm iştirakçısına çevrilib.
Bəli, ola bilsin ki, bəzi partiyalar siyasi dialoqdan daha böyük nəticələri gözləyir. Onlar unutmamalıdırlar ki, “dialoq” mahiyyət etibarı ilə bir prosesdir və yekun strateji nəticələrə müvəffəq olmaq üçün mütləq zaman tələb olunur. Dialoq ilə bağlı müəyyən ənənələr formalaşmalı, tərəflər arasında etibarlı münasibətlər bərqərar olunmalı, bu münasibətlər müxtəlif sınaqlardan keçməli və əlbəttə ki, tərəflər arasında güvən yaranmalıdır. Dövlətin dialoq təşəbbüsü təqribən son 5-6 il ərzində mövcud istiqamətdə böyük məsafənin öhdəsindən gələ bildi. İlk dövrlərdə hətta nikbin düşünməyən və şübhə ilə yanaşan bəzi partiyalar çox az müddət sonra gördülər ki, dialoq mühiti partiyaların siyasi institut kimi inkişaf etməsi üçün əlverişli şərait yaradan bir şansdır.
Heç kim inciməsin, ancaq Azərbaycan reallıqlarını nəzərə alaraq, müxalifətdə olan siyasi partiyalar iqtidarın nəhəng resurslara malik olmasını gözardı edə bilməzlər. Regionun ən böyük siyasi qüvvəsi hesab olunan, sıralarında 700 mindən artıq üzvü olan, sədri isə dövləti tarixi Qələbəyə qədər inkişaf etdirməyə müvəffəq olmuş, habelə dünyada böyük nüfuza malik olan Prezident İlham Əliyev kimi şəxs olan Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq mümkünsüz görünür. Bəli, mövcud mənzərə obyektiv reallıqdır. Odur ki, məhz iqtidarın təşəbbüsü ilə ölkəmizdə təşviq olunan siyasi dialoq mühiti ilk növbədə partiyalar üçün bir şansdır. Münasibətlər dialoq müstəvisindən “güləş” müstəvisinə keçid tapsa, partiyaların siyasi institut kimi aqibəti yumşaq desək çox qaranlıq olar. O cümlədən buna görə mövcud istiqamətdə atılan təşəbbüslər siyasilər tərəfindən yalnız təqdir oluna bilər.
Deyilənlər müstəvisində yaşanan son hadisələr ilə bağlı siyasi partiyalar tərəfindən sərgilənən mövqeyə diqqət yetirən zaman bir daha ona şahidlik etmiş oluruq ki, bizim partiyalar dövləti qoruyur və bu məsələdə öz ətrafında vətənpərvər qüvvələri toplayır. Yalnız bu cür yanaşma dövlətçilik mövqeyinin qorunmasının və konstruktiv əməkdaşlığın təzahürü hesab oluna bilər. Siyasi dialoq cəmiyyətin parçalanmasına yox, cəmiyyətdə olan potensialların səfərbər olunmasına xidmət edir. Bu mənada intriqalara qoşulmayan, radikalların təhdidlərindən çəkinməyən və bütün təxribatları rədd edən siyasi partiyalar gələcəyin milli qüvvəsinin ayrılmaz parçası sayıla bilər.
Vətənpərvər qüvvələr tərəfindən sərgilənən bu cür yanaşmanın nəticəsində radikalların daha bir təxribatı fiaskoya uğrayıb. Odur ki, mövcud konteksti inkişaf etdirərək çəkinmədən deyə bilərik ki, təxribatçılar növbəti dəfə Azərbaycanda yaşanan həmrəylik mühitinə uduzublar. İntriqalara qoşulmayan partiyalar xalqın və dövlətin yanında dayanmağı seçmişdilər. Bu məhz o partiyalardı ki, siyasi dialoqu dəstəkləyib və öz inkişaflarını dialoq vasitəsilə dövlət və xalqına xidmət etməkdə görürlər.
Bəli, məhz bu cür partiyalar yaşanan hadisələr ilə bağlı açıq mövqe nümayiş etdirməkdən çəkinmədilər və informasiya məkanında birliyi qorunmaq üçün öz dəstəyini əsirgəmədilər. Mövqeyini nümayiş etdirən partiyalar dolayıs ilə onları təhdid edən tərəflərə ismarış göndərmiş oldular ki, xalq-dövlət birliyi toxunulmaz dəyərdir. Bu mövqe isə dövlət və xalqa olan sadiqliyin bilavasitə təzahürüdür. Bəziləri mövqelərini açıq şəkildə nümayiş etdirməkdən çəkinən zaman siyasi partiyaların mütləq əksəriyyəti əksinə olaraq mövzunun üzərinə getdilər, bununla da dövlət və cəmiyyətə dəstək göstərdilər.
Əlbəttə ki, bu cür yanaşma və bu cür mühitin mövcudluğu Azərbaycanı daha güclü edir. Sözügedən təsbitin doğruluğunu biz xalq olaraq 44 günlük müharibədə gördük. Odur ki, siyasi dialoq cəmiyyətdə həmrəylik mühitini qoruyan ideoloji amildir. Dialoq siyasiləri və cəmiyyəti konsensusa dəvət etdiyi halda radikalların aqressivliyi isə müxtəlif münaqişələri təhrik edir.
Zamanında Azərbaycanda iqtidar ilə müxalifət arasında olan təmasların makler-vasitəçisi rolunu yerinə yetirən qüvvələrin bütün təzyiq və təxribatlarına rəğmən, siyasi dialoq mühiti növbəti dəfə sınaqdan uğurla çıxmağı bacardı. Bir daha qeyd etməliyik ki, dialoq bir prosesdir, bu prosesin inkişafı üçün isə həm zaman, həm resurslar tələb olunur. Necə ki, tarixi Qələbəmizin əldə olunmasını şərtləndirən amillərin təmin olunması uzun və hətta müəyyən mənada məxfi bir proses idi, dayanıqlı dialoq mühitinin yaşanması da müəyyən məxfiliyi tələb edən uzun prosesdir. Prosesin uğuru və müqavimətsiz cərəyan etməsi strateji məqsəd və planların məxfiliyindən asılıdır.
Konkret siyasi strategiyanın uğuru yalnız prosesin peşəkar planlamasından asılı deyil. Zamanlama və atılacaq addımların məxfiliyi də prinsipial məsələlərdəndir. Ölkəmizdə şahidlik etdiyimiz uğurlar məhz həmin keyfiyyətlərin təcəssümüdür. Diqqət yetirin, Prezident İlham Əliyev apardığı siyasətin nəticəsində digər ölkə başçılarının ritorikasında, eləcə də beynəlxalq mətbuatda Azərbaycanın dövlət başçısı ilə əlaqədar “dünyada tanınmış Prezident” paradiqmasından “dünyada nüfuza malik olan Prezident” paradiqmasına keçid baş verib. Zamanında sadəcə dünyanın siyasi xəritəsində yer tutmaq uğrunda mübarizə aparan Azərbaycan, indi Qalib dövlət kimi nüfuzlu aktora çevrilib. Bu cür “keçidlər” dövlətçilik tariximizin əlamətdar səhifələrindən biridir. Milli dövlətçilik ənənələrinin inkişafı naminə aidiyyəti “beyin” mərkəzləri qeyd olunan siyasi təzahürə mütləq diqqət yetirməldir. Çünki bu iki məfhum arasında fərqi duyanlar Prezident İlham Əliyevin siyasi strategiyasının son hədəfini də müəyyən edə bilər.
politoloq Asif Adil
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Husilər qlobal neft trafikini təhdid edir
Siyasət 10:45ABŞ Konqresi "cəhənnəm sanksiyaları"nı müzakirə edəcək
Siyasət 10:19FHN Zaqatalada yanğın-taktiki təlim keçirib
Siyasət 10:17Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)
İqtisadiyyat 09:57Baş kəşfiyyatçı ABŞ-ın maraqları barədə
Dünya 09:46"Sumqayıt" yeni transferini açıqladı
İdman 02:23"Euronews" Azərbaycan barədə yazdı
Siyasət 00:02Gürcüstanda baş nazirin keçmiş müavini həbs olunub
Dünya 11 Sentyabr 23:18"Münasibətlərimiz tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır"
Siyasət 11 Sentyabr 23:03"Çox yersiz 2 qol buraxdıq" - "Neftçi"nin baş məşqçisi
İdman 11 Sentyabr 22:35"Buna görə Azərbaycana minnətdarıq" - ABŞ səfirliyindən AÇIQLAMA
Siyasət 11 Sentyabr 22:19Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşüb
Siyasət 11 Sentyabr 22:03Brokoli və gül kələmi: onlar bir-birinə oxşayır, amma fərqli təsir göstərir
Sosial 11 Sentyabr 21:49Nadir Rolls-Royce Malayziyanın vəliəhd şahzadəsində peyda oldu...
Texnologiya 11 Sentyabr 21:27Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...
Şou-Biznes 11 Sentyabr 21:05Sankt-Peterburq Ukrayna qüvvələrinin hücumlarına hazırlaşır...
Dünya 11 Sentyabr 20:51Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Dünya 11 Sentyabr 20:44Çin niyə Misirə pul qoyur?
Dünya 11 Sentyabr 20:27Budanov Rusiyanı Brejnevin xarab olmuş avtomobili ilə müqayisə edib
Dünya 11 Sentyabr 20:06“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı
İdman 11 Sentyabr 19:59Kreml Litvanı döyüş başlıqları ilə hədəfə almaqla hədələyir...
Dünya 11 Sentyabr 19:51BMT Baş katibi vəzifəsi uğrunda mübarizə həlledici mərhələ...
Dünya 11 Sentyabr 19:26“Neftçi” “İmişli”ni məğlub edib
İdman 11 Sentyabr 19:12Hindistan və Çin barışmaq fikrinə gəliblər..?
Dünya 11 Sentyabr 19:0712 sentyabr - Ümumdünya İlk Tibbi Yardım Günüdür
Səhiyyə 11 Sentyabr 19:03Çin öz sirrinin qurbanına çevrilib...
Dünya 11 Sentyabr 18:51Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Dünya 11 Sentyabr 18:36Əl-Qaidənin hekayəsi necə bitdi..?
Dünya 11 Sentyabr 18:27Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər
Siyasət 11 Sentyabr 18:18“Xankəndiyə diplomatik səfərlər Azərbaycanın suverenliyinin göstəricisidir” -ŞƏRH
Siyasət 11 Sentyabr 18:12Ukrayna “inqilabı”nın pərdəarxası...
Dünya 11 Sentyabr 18:05İsmail Kartalın istefası qəbul edildi
İdman 11 Sentyabr 17:42Ölkəmiz tərəqqi yolunda inamla irəliləyir
Siyasət 11 Sentyabr 17:20Uzaqgörən və məqsədyönlü siyasi strategiya
Siyasət 11 Sentyabr 17:18Süni intellekt yaradıcı peşələri sıradan çıxaracaqmı? - İQTİSADÇIDAN AÇIQLAMA
İqtisadiyyat 11 Sentyabr 17:13Davamlı tərəqqi, tarixi nailiyyətlər və yeni hədəflər
Siyasət 11 Sentyabr 17:10Tarixi Zəfərin reallıqlarını yaşayırıq
Siyasət 11 Sentyabr 17:05“Bakı İqlim Həftəsi qlobal iqlim əməkdaşlığının gücləndirilməsi üçün mühüm platformadır” -MİLLƏT VƏKİLİ
Siyasət 11 Sentyabr 16:37Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir? - EKSPERT AÇIQLADI
Təhsil 11 Sentyabr 16:22"Azərbaycan-İran münasibətlərinə müharibənin təsiri yoxdur" - SİYASİ ŞƏRHÇİ
Siyasət 11 Sentyabr 16:21Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri
Səhiyyə 11 Sentyabr 15:25Partiyamızın hədəfləri xalqın milli məqsədlərini əks etdirir - FOTOLAR
Siyasət 11 Sentyabr 15:23AB Kiyevə müdafiə üçün 6,1 milyard avro ayırıb
Dünya 11 Sentyabr 15:21Rusiyanın yeni miqrasiya siyasəti - AKTUAL
Siyasət 11 Sentyabr 15:16Paşinyan “açıq kosmos”da - GÜNDƏM
Dünya 11 Sentyabr 15:09İran ballistik raket istehsalını yeniləyir
Dünya 11 Sentyabr 15:00Qəzzada uşaqların uçurtmaları İsrailin ölümcül hücum xəbərdarlığına səbəb olub
Dünya 11 Sentyabr 14:57UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb
Sosial 11 Sentyabr 14:48Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi - Hikmət Hacıyev
Siyasət 11 Sentyabr 14:4711 sentyabr 2001 - ci il. ABŞ-dakı terror hücumları dəqiqə-dəqiqə - ABŞ
Dünya 11 Sentyabr 14:47Biz sülh şəraitində yaşamağı öyrənirik və bu istiqamətdə irəliləyirik - Prezidentin köməkçisi
Siyasət 11 Sentyabr 14:44İsveçrə Alp dağlarında Hollandiyaya aid tur avtobusu aşıb
Dünya 11 Sentyabr 14:38İran dəstəkli husilər Qırmızı dənizdəki strateji limanı ələ keçiriblər
Dünya 11 Sentyabr 14:34Tunis dünyanın ən böyük zeytun yağı istehsalçılarından biridir
Dünya 11 Sentyabr 14:26Cənnətdə sevginin nifrətə, cəhənnəmdə isə qadının qəzəbə çevrildiyi an yoxdur
Dünya 11 Sentyabr 14:15“İistehlakçı 14 gün ərzində onu lazımi keyfiyyətli mala dəyişdirə bilər” -HÜQUQŞÜNAS DANIŞDI
Sosial 11 Sentyabr 13:26Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib
Mədəniyyət 11 Sentyabr 13:23"Dondurulmuş qida məhsullarından istifadə zamanı diqqətli olmalıyıq" - MÜTƏXƏSSİS
Sosial 11 Sentyabr 12:572026–2027-ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması
Səhiyyə 11 Sentyabr 12:47“Rəqəmsal məktəb” fərdi təhsil modelinə keçidi sürətləndirir -EKSPERT DANIŞDI
Təhsil 11 Sentyabr 12:26Qazaxıstan Xəzər dənizində hərbi təlimlərə başlayır
Siyasət 11 Sentyabr 12:20“Aİ ölkələrinin Rusiyanın enerji resurslarından asılılığı müharibə ilə problemə çevrildi” -EKSPERT DANIŞDI
İqtisadiyyat 11 Sentyabr 12:18Husilər Qırmızı dənizin mühüm limanını ələ keçiriblər
Dünya 11 Sentyabr 12:18Stresə qarşı mübarizədə idmanın əhəmiyyəti - FOTO
Sosial 11 Sentyabr 12:17Dron hücumları Rusiyada neft hasilatını azaldıb
Dünya 11 Sentyabr 12:16"Bakı İqlim Fəaliyyəti Həftəsi beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır" - MİLLƏT VƏKİLİ
Siyasət 11 Sentyabr 12:03"Bakı İqlim Fəaliyyəti Həftəsi BMT-nin rəsmi proqramına daxil edilib" -NİGAR ARPADARAİ
Siyasət 11 Sentyabr 12:02Bakıda II İqlim Dəyişikliyi üzrə Gənclərin Lokal Konfransı işə başlayıb
Siyasət 11 Sentyabr 11:58ŞƏT nüfuzlu beynəlxalq təşkilata çevrilir - TƏHLİL
Siyasət 11 Sentyabr 11:52Meyvə şirəsi daha faydalıdır, yoxsa meyvənin özünü yemək? -EKSPERT DANIŞDI
Sosial 11 Sentyabr 11:466 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır
İqtisadiyyat 11 Sentyabr 11:37“Cənubi Qafqazın sülh zonasına çevrilməsi çağırışı xüsusi əhəmiyyət daşıyır” -MİLLƏT VƏKİLİ
Siyasət 11 Sentyabr 11:16"Ət və süd məhsullarının saxlanma şəraitinə diqqət edilməlidir" - EKSPERT AÇIQLADI
Sosial 11 Sentyabr 11:07Diplomatlar Xankəndidə yeni tikintilərlə tanış olublar
Siyasət 11 Sentyabr 11:04Tramp: İranla müharibə 2029-cu ilədək bitəcək
Dünya 11 Sentyabr 10:43Yaponiya Hərbi Dəniz Qüvvələri sualtı nüvə gəmiləri ilə təchiz edilə bilər
Dünya 11 Sentyabr 10:42Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon”un logistika mərkəzini vurdu
Dünya 11 Sentyabr 10:40Telefon bizi məlumatlandırır, yoxsa diqqətimizi parçalayır? - ARAŞDIRMA
Sosial 11 Sentyabr 10:38Uzun illər Azərbaycanın məhkəmə sistemində çalışmış Həmid Əzizovun 70 yaşı tamam olur
Sosial 11 Sentyabr 10:03Ukrayna və Kanada arasında 100 illik BƏYANNAMƏ
Dünya 11 Sentyabr 05:04Hacıqabulda "Kamaz" "Mercedes"lə toqquşub - ölən və yaralananlar var
Hadisə 11 Sentyabr 04:06Avropa ŞOKDA - qaz qiymətləri "əl yandırır!"
İqtisadiyyat 11 Sentyabr 03:22Bu gün 11 sentyabr terror hücumlarından 25 il ötür
Siyasət 11 Sentyabr 03:05"Fənərbağça"nın baş məşqçisi İSTEFA VERDİ
İdman 11 Sentyabr 02:21Dünyada ən çox maaş alan Baş nazir açıqlandı - ayda 2,8 milyon dollar!
Dünya 11 Sentyabr 02:02“Turan Tovuz”dan daha bir TRANSFER
İdman 11 Sentyabr 01:22"Sabah" "Mançester Yunayted"ə uduzdu - YENİLƏNİB
İdman 11 Sentyabr 01:02"İstənilən düşmənçilik xarakterli hərəkət hədəfə alınacaq" - SEPAH ABŞ-ı hədələdi
Dünya 11 Sentyabr 00:23Sentyabrın 6-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub
Təhsil 11 Sentyabr 00:02V turun hakim təyinatları açıqlandı - hansı hakim hansı oyunu idarə edəcək?
İdman 10 Sentyabr 23:29Özəl xəbərlər
Digər xəbərlər“Xankəndiyə diplomatik səfərlər Azərbaycanın suverenliyinin göstəricisidir” -ŞƏRH
Siyasət 11 Sentyabr 18:12Süni intellekt yaradıcı peşələri sıradan çıxaracaqmı? - İQTİSADÇIDAN AÇIQLAMA
İqtisadiyyat 11 Sentyabr 17:13“Bakı İqlim Həftəsi qlobal iqlim əməkdaşlığının gücləndirilməsi üçün mühüm platformadır” -MİLLƏT VƏKİLİ
Siyasət 11 Sentyabr 16:37Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir? - EKSPERT AÇIQLADI
Təhsil 11 Sentyabr 16:22"Azərbaycan-İran münasibətlərinə müharibənin təsiri yoxdur" - SİYASİ ŞƏRHÇİ
Siyasət 11 Sentyabr 16:21Qəzzada uşaqların uçurtmaları İsrailin ölümcül hücum xəbərdarlığına səbəb olub
Dünya 11 Sentyabr 14:57
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9763
+0,12%
-
GBP
2,3017
+0,20%
-
RUB
1,9710
-0,09%



