"Prezident İlham Əliyevin “AZWOOL” mineral daş yunu zavodunun açılışında şəxsən iştirak etməsi dövlətin sənaye sektoruna verdiyi real və institusional dəstəyin açıq göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu addım təkcə bir müəssisənin işə düşməsi deyil, ölkənin sənaye xəritəsində yeni texnoloji mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir: "Prezidentin istehsal müəssisələrinə verdiyi davamlı siyasi dəstək özəl sektor üçün həm psixoloji, həm də iqtisadi təhlükəsizlik zəmanəti yaradır.
“AZWOOL” zavodu idxaldan asılılığın azaldılması və daxili bazarın yerli məhsulla təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu layihə eyni zamanda qeyri-neft sektorunun şaxələndirilməsi siyasətinin praktik nəticəsidir. Mineral daş yunu kimi məhsullar enerji səmərəliliyi və tikinti təhlükəsizliyi baxımından müasir iqtisadiyyatın əsas komponentlərindəndir. Prezidentin bu sahəyə verdiyi diqqət göstərir ki, iqtisadi inkişaf təkcə həcm deyil, həm də texnoloji keyfiyyət üstünlüyü üzərində qurulur.
Zavodun fəaliyyətə başlaması yeni iş yerlərinin açılması və regionda sosial rifahın artması baxımından da ciddi dividendlər vəd edir. Dövlət başçısının sənaye parkları və istehsal müəssisələri üzrə siyasəti artıq sistemli nəticələr vermək mərhələsinə qədəm qoyub. “AZWOOL” layihəsi ölkəyə daxil olan investisiyaların real sektora yönəlməsinin uğurlu nümunəsidir. Prezidentin açılışdakı iştirakı investorlar üçün birbaşa siyasi təminat mesajı daşıyır. Bu, Azərbaycanın sənaye təhlükəsizliyi və texnoloji müstəqilliyi baxımından strateji xəttin dəyişməz olduğunu göstərir.
“AZWOOL” zavodu Prezident İlham Əliyevin iqtisadi modernləşmə kursunun konkret və ölçülə bilən təzahürlərindən biri kimi qiymətləndirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB