İşğaldan Zəfərə, Zəfərdən quruculuğa: Kəlbəcərin beşillik yolu - ŞƏRH
Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən beş il ötür. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Kəlbəcər qədim tarixi, minilliklərə söykənən mədəni irsi, təbii sərvətləri və strateji mövqeyi ilə Azərbaycanın ən dəyərli bölgələrindən biridir. İşğaldan əvvəl burada aşkar edilmiş 30 min illik yaşayış izləri, qədim qaya təsvirləri, türk əlifbası nümunələri və tarixi abidələr regionun Azərbaycan mədəniyyətinin mühüm beşiyi olduğunu təsdiqləyir. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
S.Mikayılova qeyd edib ki, 1993-cü ildə Kəlbəcərin işğalı xalqımız üçün böyük faciə olmuş, yüzlərlə dinc sakin qətlə yetirilmiş, on minlərlə insan öz doğma yurdlarından didərgin düşmüş, rayonun mədəniyyət, təhsil, səhiyyə və sosial infrastrukturu tamamilə dağıdılmışdı:
"Ermənistanın bölgədə həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti, ərazilərə vurduğu ağır ekoloji və maddi ziyan beynəlxalq hüququn kobud şəkildə pozulmasının bariz nümunəsi idi. Vətən müharibəsində Azərbaycan Ordusunun şücaəti və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində Kəlbəcər rayonunun şimal hissəsində mühüm strateji yüksəkliklər azad edildi. Bu, Ermənistan ordusunun hərbi-logistik təminatını iflic edərək 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatında Kəlbəcərin Azərbaycanın nəzarətinə qaytarılmasını təmin edən əsas amillərdən biri oldu. 25 noyabr 2020-ci ildə Kəlbəcərin bir güllə atılmadan, diplomatik üstünlük yolu ilə Azərbaycana təhvil verilməsi müasir tariximizin ən böyük siyasi nailiyyətlərindəndir."
Deputat qeyd edib ki, 1993-cü il 30 aprel tarixli 822 saylı BMT Təhlükəsizlik Şurası Qətnaməsi Ermənistan–Azərbaycan münaqişəsi üzrə qəbul edilmiş ilk beynəlxalq sənəddir və Kəlbəcərin işğalına dünya birliyinin verdiyi rəsmi reaksiyanı əks etdirirdi:
"Qətnamədə Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bu sənəd beynəlxalq hüquq baxımından Ermənistanın işğalçı tərəf olduğunu təsdiqləyən fundamental normativ akt idi. Lakin rəsmi İrəvan bu tələbə əməl etmədi və uzun illər ərzində qətnamənin icrasından imtina etdi. BMT TŞ-nin daimi üzvləri də daxil olmaqla beynəlxalq təşkilatlar qətnamənin icrası üçün mexanizmlər tətbiq etmədilər. Qətnamənin yerinə yetirilməməsi beynəlxalq hüquq sisteminin selektivliyini və ikili standartlar siyasətinin mövcudluğunu bir daha üzə çıxardı. Nəticədə Kəlbəcər və digər ərazilər 2020-ci ilədək faktiki işğal altında qaldı və milyonlarla azərbaycanlının fundamental hüquqları pozuldu."
S.Mikayılova əlavə edib ki, 1999-cu ildən etibarən Ermənistan Kəlbəcər də daxil olmaqla işğal olunmuş Azərbaycan ərazilərində məqsədyönlü və planlı şəkildə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməyə başladı:
"Bu fəaliyyət Cenevrə Konvensiyalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT prinsiplərinə, beynəlxalq humanitar hüququn əsas normalarına tam zidd idi."
Deputat qeyd edib ki, 2020-ci ilin noyabrın 25-də Kəlbəcər nəzarətimizə keçəndən sonra rayonda böyük quruculuq işləri görülməyə başlandı:
"Kəlbəcər şəhəri və rayonunun bütövlükdə yenidən qurulması Azərbaycan Respublikasının azad edilmiş ərazilərdə həyata keçirdiyi ən böyük urbanizasiya, infrastruktur və sosial-iqtisadi inkişaf layihələrindən biridir. İşğal nəticəsində tamamilə dağıdılmış Kəlbəcər bu gün ölkədə “ağıllı şəhər”, “yaşıl enerji zonası”, müasir kənd təsərrüfatı və turizm mərkəzi konseptlərinin tətbiq edildiyi əsas regionlardan birinə çevrilir. Bütün bu proseslər həm dövlət siyasətinin prioritetlərindən, həm də Prezident İlham Əliyevin bölgəyə ardıcıl səfərləri zamanı müəyyən etdiyi strateji inkişaf vizyonundan irəli gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Kəlbəcər şəhərinin 2040-cı ilədək Baş planı” rayonda müasir, funksional və ekoloji dayanıqlı şəhər modelinin qurulmasını nəzərdə tutur. Şəhərin ərazisi iki dəfədən çox genişləndirilir, yeni yaşayış məhəllələri, inzibati binalar, parklar, məktəblər, bağçalar, xəstəxanalar və idman obyektləri inşa olunur. Yaşıllıq sahəsinin adambaşına düşən norması ölkə üzrə ən yüksək göstəricilərdən biridir. "
S.Mikayılova qeyd edib ki, Vətən müharibəsində Zəfərdən sonra Kəlbəcərdə həyata keçirilən yenidənqurma və bərpa proqramı Azərbaycan dövlətinin azad olunmuş ərazilərdə apardığı ən böyük və ən çətin layihələrdən biridir:
"İşğal zamanı tamamilə dağıdılmış şəhər və kəndlərin, yol-nəqliyyat, enerji, təhsil, səhiyyə və turizm infrastrukturunun bərpası qısa müddətdə geniş miqyasda həyata keçirilir və Kəlbəcər bu gün ölkənin ən sürətli dəyişən bölgələrindən birinə çevrilir. Kəlbəcərə ilk köç bu ilin avqustun 21-də həyata keçirildi. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Kəlbəcər şəhərində birinci yaşayış kompleksinin açılışını etdi, sakinlərə mənzillərinin açarını təqdim etdi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yeni Kəlbəcərin ilk sakinlərini təbrik etdi."
S.Mikayılova əlavə edib ki, Kəlbəcər şəhərində yüzlərlə ailənin yaşayacağı yeni məhəllələr tikilir:
"Hazırda 524 ailəlik kompleksin ilk mərhələsinə köçürmə həyata keçirilir, yeni çoxmənzilli binalar, sosial obyektlər, park və istirahət zonaları istifadəyə verilir. Digər yaşayış komplekslərinin də təməlləri qoyulub və sürətlə tikinti gedir. Yanşaq, Zallar, Zar kimi böyük kəndlərin tamamilə yenidən layihələndirilməsi və qurulması aparılır. Bu kəndlərdə yüzlərlə fərdi ev, məktəblər, bağçalar, ictimai obyektlər inşa edilir. Məskunlaşdırma mərhələli şəkildə həyata keçirilir və hər bir kənd müasir kənd modeli kimi formalaşır. Bundan başqa yol–nəqliyyat, enerji infrastrukturu, turizm, sosial infrastruktur layihələri sürətlə həyata keçirilir."
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Kreml üçün yeni bir böhran…
Dünya 20:07Putin gülünc vəziyyətə salındı..?
Dünya 19:51Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...
İqtisadiyyat 19:27Madyar Moskvaya qarşı çıxdı...
Dünya 19:06Kəlbəcərdə Bal Festivalı keçirilib
Sosial 18:15Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı
İqtisadiyyat 17:48Azərbaycanda ötən gün 9 odlu silah aşkarlanıb
Siyasət 13:46Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb
Siyasət 12:39Sabah 33 dərəcə isti olacaq
Siyasət 12:36Tbilisi Avropa İttifaqını xilas edir? - RAKURS
Dünya 11:30Azərbaycan neftinin qiyməti 120 dolları keçib
İqtisadiyyat 10:59Husilər qlobal neft trafikini təhdid edir
Siyasət 10:45ABŞ Konqresi "cəhənnəm sanksiyaları"nı müzakirə edəcək
Siyasət 10:19FHN Zaqatalada yanğın-taktiki təlim keçirib
Siyasət 10:17Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)
İqtisadiyyat 09:57Baş kəşfiyyatçı ABŞ-ın maraqları barədə
Dünya 09:46"Sumqayıt" yeni transferini açıqladı
İdman 02:23"Euronews" Azərbaycan barədə yazdı
Siyasət 00:02Gürcüstanda baş nazirin keçmiş müavini həbs olunub
Dünya 11 Sentyabr 23:18"Münasibətlərimiz tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır"
Siyasət 11 Sentyabr 23:03"Çox yersiz 2 qol buraxdıq" - "Neftçi"nin baş məşqçisi
İdman 11 Sentyabr 22:35"Buna görə Azərbaycana minnətdarıq" - ABŞ səfirliyindən AÇIQLAMA
Siyasət 11 Sentyabr 22:19Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşüb
Siyasət 11 Sentyabr 22:03Brokoli və gül kələmi: onlar bir-birinə oxşayır, amma fərqli təsir göstərir
Sosial 11 Sentyabr 21:49Nadir Rolls-Royce Malayziyanın vəliəhd şahzadəsində peyda oldu...
Texnologiya 11 Sentyabr 21:27Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...
Şou-Biznes 11 Sentyabr 21:05Sankt-Peterburq Ukrayna qüvvələrinin hücumlarına hazırlaşır...
Dünya 11 Sentyabr 20:51Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Dünya 11 Sentyabr 20:44Çin niyə Misirə pul qoyur?
Dünya 11 Sentyabr 20:27Budanov Rusiyanı Brejnevin xarab olmuş avtomobili ilə müqayisə edib
Dünya 11 Sentyabr 20:06“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı
İdman 11 Sentyabr 19:59Kreml Litvanı döyüş başlıqları ilə hədəfə almaqla hədələyir...
Dünya 11 Sentyabr 19:51BMT Baş katibi vəzifəsi uğrunda mübarizə həlledici mərhələ...
Dünya 11 Sentyabr 19:26“Neftçi” “İmişli”ni məğlub edib
İdman 11 Sentyabr 19:12Hindistan və Çin barışmaq fikrinə gəliblər..?
Dünya 11 Sentyabr 19:0712 sentyabr - Ümumdünya İlk Tibbi Yardım Günüdür
Səhiyyə 11 Sentyabr 19:03Çin öz sirrinin qurbanına çevrilib...
Dünya 11 Sentyabr 18:51Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Dünya 11 Sentyabr 18:36Əl-Qaidənin hekayəsi necə bitdi..?
Dünya 11 Sentyabr 18:27Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər
Siyasət 11 Sentyabr 18:18“Xankəndiyə diplomatik səfərlər Azərbaycanın suverenliyinin göstəricisidir” -ŞƏRH
Siyasət 11 Sentyabr 18:12Ukrayna “inqilabı”nın pərdəarxası...
Dünya 11 Sentyabr 18:05İsmail Kartalın istefası qəbul edildi
İdman 11 Sentyabr 17:42Ölkəmiz tərəqqi yolunda inamla irəliləyir
Siyasət 11 Sentyabr 17:20Uzaqgörən və məqsədyönlü siyasi strategiya
Siyasət 11 Sentyabr 17:18Süni intellekt yaradıcı peşələri sıradan çıxaracaqmı? - İQTİSADÇIDAN AÇIQLAMA
İqtisadiyyat 11 Sentyabr 17:13Davamlı tərəqqi, tarixi nailiyyətlər və yeni hədəflər
Siyasət 11 Sentyabr 17:10Tarixi Zəfərin reallıqlarını yaşayırıq
Siyasət 11 Sentyabr 17:05“Bakı İqlim Həftəsi qlobal iqlim əməkdaşlığının gücləndirilməsi üçün mühüm platformadır” -MİLLƏT VƏKİLİ
Siyasət 11 Sentyabr 16:37Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir? - EKSPERT AÇIQLADI
Təhsil 11 Sentyabr 16:22"Azərbaycan-İran münasibətlərinə müharibənin təsiri yoxdur" - SİYASİ ŞƏRHÇİ
Siyasət 11 Sentyabr 16:21Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri
Səhiyyə 11 Sentyabr 15:25Partiyamızın hədəfləri xalqın milli məqsədlərini əks etdirir - FOTOLAR
Siyasət 11 Sentyabr 15:23AB Kiyevə müdafiə üçün 6,1 milyard avro ayırıb
Dünya 11 Sentyabr 15:21Rusiyanın yeni miqrasiya siyasəti - AKTUAL
Siyasət 11 Sentyabr 15:16Paşinyan “açıq kosmos”da - GÜNDƏM
Dünya 11 Sentyabr 15:09İran ballistik raket istehsalını yeniləyir
Dünya 11 Sentyabr 15:00Qəzzada uşaqların uçurtmaları İsrailin ölümcül hücum xəbərdarlığına səbəb olub
Dünya 11 Sentyabr 14:57UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb
Sosial 11 Sentyabr 14:48Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi - Hikmət Hacıyev
Siyasət 11 Sentyabr 14:4711 sentyabr 2001 - ci il. ABŞ-dakı terror hücumları dəqiqə-dəqiqə - ABŞ
Dünya 11 Sentyabr 14:47Biz sülh şəraitində yaşamağı öyrənirik və bu istiqamətdə irəliləyirik - Prezidentin köməkçisi
Siyasət 11 Sentyabr 14:44İsveçrə Alp dağlarında Hollandiyaya aid tur avtobusu aşıb
Dünya 11 Sentyabr 14:38İran dəstəkli husilər Qırmızı dənizdəki strateji limanı ələ keçiriblər
Dünya 11 Sentyabr 14:34Tunis dünyanın ən böyük zeytun yağı istehsalçılarından biridir
Dünya 11 Sentyabr 14:26Cənnətdə sevginin nifrətə, cəhənnəmdə isə qadının qəzəbə çevrildiyi an yoxdur
Dünya 11 Sentyabr 14:15“İistehlakçı 14 gün ərzində onu lazımi keyfiyyətli mala dəyişdirə bilər” -HÜQUQŞÜNAS DANIŞDI
Sosial 11 Sentyabr 13:26Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib
Mədəniyyət 11 Sentyabr 13:23"Dondurulmuş qida məhsullarından istifadə zamanı diqqətli olmalıyıq" - MÜTƏXƏSSİS
Sosial 11 Sentyabr 12:572026–2027-ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması
Səhiyyə 11 Sentyabr 12:47“Rəqəmsal məktəb” fərdi təhsil modelinə keçidi sürətləndirir -EKSPERT DANIŞDI
Təhsil 11 Sentyabr 12:26Qazaxıstan Xəzər dənizində hərbi təlimlərə başlayır
Siyasət 11 Sentyabr 12:20“Aİ ölkələrinin Rusiyanın enerji resurslarından asılılığı müharibə ilə problemə çevrildi” -EKSPERT DANIŞDI
İqtisadiyyat 11 Sentyabr 12:18Özəl xəbərlər
Digər xəbərlər“Xankəndiyə diplomatik səfərlər Azərbaycanın suverenliyinin göstəricisidir” -ŞƏRH
Siyasət 11 Sentyabr 18:12Süni intellekt yaradıcı peşələri sıradan çıxaracaqmı? - İQTİSADÇIDAN AÇIQLAMA
İqtisadiyyat 11 Sentyabr 17:13“Bakı İqlim Həftəsi qlobal iqlim əməkdaşlığının gücləndirilməsi üçün mühüm platformadır” -MİLLƏT VƏKİLİ
Siyasət 11 Sentyabr 16:37Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir? - EKSPERT AÇIQLADI
Təhsil 11 Sentyabr 16:22"Azərbaycan-İran münasibətlərinə müharibənin təsiri yoxdur" - SİYASİ ŞƏRHÇİ
Siyasət 11 Sentyabr 16:21Qəzzada uşaqların uçurtmaları İsrailin ölümcül hücum xəbərdarlığına səbəb olub
Dünya 11 Sentyabr 14:57
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9763
+0,12%
-
GBP
2,3017
+0,20%
-
RUB
1,9710
-0,09%



