"Azərbaycanın müstəqilliyinin ilk illəri tariximizin ən ziddiyyətli, ən ağrılı və eyni zamanda ən həlledici mərhələlərindən biri kimi yadda qalmışdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.

Onun sözlərinə görə, hakimiyyətdəkilərin səriştəsizliyi dövlətin dayaqlarını sarsıtmış, xalqın psixoloji və siyasi sabitliyi pozulmuş və gələcəyə dair ümidlər məhz qaranlıq fonla üz-üzə qalmışdı: "Bu çətin məqamda Azərbaycan siyasi sisteminin dərinliklərindən yeni bir ideoloji qüvvənin, Yeni Azərbaycan Partiyasının formalaşması yenidən xalqın ümidlərinin dirçəlişinin simvoluna çevrildi. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxarmaq üçün xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
Bu mənada, Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Vətənin dar günündə xalqın səsinə səs verən Ümummilli Lider Heydər Əliyev 91 nəfər ziyalının müraciətinə cavab olaraq məhz bu tarixi cavabı vermişdir. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Məhz bu səbəbdən Yeni Azərbaycan Partiyasının yaranması ölkənin siyasi arxitekturasının yenidən qurulması kimi qiymətləndirilməlidir. 21 Noyabr 1992-ci ildə Naxçıvanda ölkənin bütün bölgələrindən olan 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə partiyanın təsis konfransının keçirilməsi dönüş nöqtəsi oldu. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Dahi rəhbər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir.
Ümummili Liderin layiqli davamçısı, tarixi zəfərimizin memarı və Ali Baş Komandanı olan cənab Prezident İlham Əliyevin liderliyi nəticəsində Yeni Azərbaycan Partiyası ölkənin uzunmüddətli inkişaf strategiyası və modern dövlətçilik modelinin əsasları çərçivəsində daha da güclənməkdədir. Onun siyasi xətti Azərbaycanın beynəlxalq münasibətlər sistemində strateji aktor kimi yüksəlişində həlledici rol oynayır. YAP-ın VII qurultayında çıxış edən cənab Prezident vurğulamışdı ki, " 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir, mənə etimad göstərmişdir. Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, biz son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq. Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin yeni dövrü idi, əvvəlki dövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür.”
Beləliklə, Yeni Azərbaycan Partiyasının yaranması birmənalı olaraq xalqın öz taleyinə sahib çıxmaq iradəsinin ifadəsi idi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qeyd etdiyi kimi, “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.” Bu dəyərli miras, irs gələcək nəsillər üçün də firavan, azad, uğurlu yol göstəricisidir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB