Müdafiə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin və şəhidlərin məzarlarını ziyarət ediblər
Zəfər Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti və Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət ediblər. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin rəhbər heyəti Fəxri xiyabanda Ulu Öndərin abidəsi önünə qızılgül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiram nümayiş etdirib. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib, üzərinə qızılgüllər düzülərək xatirəsi hörmətlə yad olunub.
Sonra Şəhidlər xiyabanına gələn hərbi qulluqçular Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarına və “Əbədi məşəl” abidəsinin önünə tər gül dəstələri düzüblər.
Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyət Hərbi Memorial Məzarlığı ziyarət edib.
Burada hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları üzərinə gül dəstələri düzülərək ruhları hörmətlə anılıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəhid ailələri və yaxınları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB