Parlamentdə kibercinayətkarlıq, süni intellekt və insan hüquqlarına dair tədbirlər təşkil olunacaq

Parlamentdə kibercinayətkarlıq, süni intellekt və insan hüquqlarına dair tədbirlər təşkil olunacaq

Milli Məclisdə “Kibercinayətkarlığın genişlənən məkanı və insan hüquqlarının müdafiəsi: milli təhlükəsizliyə yeni çağırışlar, cavablar mövzusunda konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, bu, parlamentin İnsan hüquqları komitəsinin 2025-ci il payız sessiyası üçün İş planında əksini tapıb.

İş planına sessiya müddətində “Süni intellekt və insan hüquqları”- mövzusunda “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nı qəbul etməsinə həsr edilmiş tədbirin keçirilməsi də daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə