Azərbaycan səfiri Ukraynanın energetika naziri ilə görüşüb

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev ölkənin yeni təyin olunmuş energetika naziri Svetlana Qrinçuk ilə Bakı və Kiyev arasında əməkdaşlığı müzakirə etmək üçün görüşüb. SİA xəbər verir ki, səfir bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Azərbaycan və Ukrayna hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının bu yaxınlardakı görüşünün nəticələrini müzakirə etməkdən və növbəti addımlar barədə danışmaqdan məmnun oldum. Eyni zamanda, energetika sahəsində ikitərəfli əməkdaşlığın müsbət perspektivlərinə diqqət yetirildi", - o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə