“İşğaldan azad edilmiş Qarabağın mərkəzi şəhəri olan Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu bir çox hadisələri ilə yadda qaldı. Xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif mövzularla bağlı jurnalistlərin veridyi sualları cavablandırması dünyanın diqqətini öz üzərinə cəmləməkdədir. Ötən ilin dekabrında AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı verilən suala Prezidentin cavabı bəzi dairələri, xüsusən də Rusiyanı məsələyə obyektiv yanaşmaya sövq etmək əvəzinə müxtəlif bəhanələrə müraciət etməsi heç də normal qarşılanmayıb. Azərbaycanın mövqeyini bir daha təkrarlayan Prezident İlham Əliyev əks təqdirdə Rusiyanı beynəlxalq məhkəmələrə vermək niyyətini açıqlayıb”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat xüsusi olaraq qeyd edib ki, Forumda çıxışı zamanı İlham Əliyev həmçinin Ukraynaya “işğalla razılaşmamağı” tövsiyə edib: “Rusiya mediası yenə də təhriflərə yol verərək Prezidentin çıxışını “Rusiya ilə münasibətlərin kəskin şəkildə pisləşməsi” kimi yozub. Guya Bakı Donald Trampı Ermənistanla danışıqlarda vasitəçiliyə dəvət edir və ABŞ-la “tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün böyük potensial” olduğunu bəyan edir. Halbuki, Ermənistanla son 3 ildə aparılan danışıqlarda heç bir üçüncü tərəf bu prosesdə vasitəçilik etmir və buna lazım da bilinmir. ATƏT-in qondarma Minsk qrupunun 26 il ərzində heç bir faydalı iş görə bilmədiyini bütün dünya öz gözləri ilə gördü. Amma qısa müddət ərzində Azərbaycanın birbaşa moderatorluğu ilə Ermənistanla Azərbaycan arasında çox məhsuldar danışıqlar olub və hətta sülh danışıqlarının məntiqi sonluqla başa çatacağı müddət də uzaqda deyil. Bəli, bütün bunlar vasitəşilərsiz, heç bir “maraqlı üçüncü qüvvə”nin olmadığı bir formatda baş tutub”.
A.Hüseynov əlavə edib ki, Azərbaycan Prezidentinin dünya mediasının nümayəndələri ilə söhbəti bu ilin əvvəlindən Bakının siyasətində baş verən köklü dəyişiklikləri nümayiş etdirdi: “Bu dəyişikliklər 2024-cü il dekabrın 25-də Rusiya hava məkanında baş vermiş insidentdən sonra Bakıdan Qroznıya uçan, şəhər üzərində olarkən hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan, yaxın aeroportların heç birinin qəbul etmədiyi, əksinə hava gəmisini Xəzər dənizinə tərəf yönləndirilən və Qazaxıstanın qərbində Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsi ilə faciəvi qəzadan sonra davamlı olaraq pisləşən Rusiya ilə müttəfiqlik münasibətlərinə ən çox təsir edib. İlham Əliyev bəyan edib ki, Bakı artıq “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanın nəticələrinin Moskvanın açıqlanmasını gözləmək niyyətində deyil və Rusiyaya qarşı beynəlxalq məhkəmələrdə iddia qaldıraraq problemin həlli yollarını axtarmağı planlaşdırır. "Azərbaycanın Baş prokuroru Rusiya İstintaq Komitəsinin rəhbərinə sorğular göndərir, lakin cavabında yalnız "istintaq davam edir" ifadəsi gəlir. Belə mövqe əks-məhsuldardır. Azərbaycan sənədləri beynəlxalq məhkəmələrə təqdim etmək niyyətindədir", - İlham Əliyev deyib. O, həmçinin bəyan edib ki, Bakı Azərbaycan Hava Yollarının təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların ailələrinə təzminat ödənilməsində israrlıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB