Bakı bu ölkəni İrəvanla sülhə mane olmaqda ittiham edir...

Bakı ilə İrəvan arasında sülhə nail olmaq üçün Fransa müdaxiləni dayandırmalıdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə X sosial şəbəkəsində bildirib.

…Sülh müqaviləsinin imzalanması və davamlı sabitliyin təmin edilməsi üçün əsas məsələlərin, xüsusilə Ermənistanın konstitusion ərazi iddialarının həll edilməsi və sabitliyi pozan xarici müdaxilələrə, o cümlədən Fransanın müdaxiləsinə son qoyulmalıdır, - XİN-in rəsmi nümayəndəsi tələb edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Fransanın Ermənistanı “öldürücü silah”la təmin etdiyini vurğulayıb.

O, həmçinin Parisi uzun müddətdir mövcud olan anti-Azərbaycan mövqeyində ittiham edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə