Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir

"Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir. Bu cinayəti törədənlər hökmən beynəlxalq məhkəmə qarşısında cavab verməli və layiq olduqları ən ağır cəzanı almalıdırlar".

SİA-nın məlumatına görə, bu sözləri açıqlamasında gürcü politoloq, tarix elmləri doktoru Badri Nackebia deyib.

Onun sözlərinə görə, Xocalıda baş verənlər dünya tarixinə məlum olan digər soyqırımı aktları ilə eynidir: “Lakin, bir fərqli xüsusiyyət ondadır ki, Xocalıda körpə uşaqlar amansızcasına qətlə yetiriliblər, insanlar misli görünməmiş əzab-əziyyətlə üzləşiblər. Ona görə də bu qətliamı törədənlər hökmən ən ağır cəzanı almalıdırlar ki, bu cür dəhşətlər bir daha baş verməsin”.

Politoloq deyib ki, ermənilər regionda sülh istəyirlərsə, özləri bu cür cinayətləri törədənləri ədalət məhkəməsinə verməlidirlər: “Yalnız bundan sonra onların sülhsevər olduqlarına inam olacaq”.

“Azərbaycan 44 günlük müharibədə öz torpaqlarını işğaldan azad etdi. Amma bu hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu nəinki uşaqlara və yaşlılara, ümumiyyətlə dinc əhaliyə güllə atmadı, onlara qarşı cinayət törətmədi. Bax bu, insanlıq, ədalət prinsiplərinin rəhbər tutulması deməkdir. Ermənilər bundan ibrət götürməli və özlərinin sülhsevər olduqlarını sübut etməlidirlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə