Metyu Miller Azərbaycana başsağlığı verib

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib. SİA xəbər verir ki, bu barədə o, "X"də yazıb.

“Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması xəbərini kədərlə qarşıladıq. Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilədir, yaralananlara tezliklə şəfa diləyirik. Biz Qazaxıstan və Azərbaycana kömək etməyə hazırıq", - məlumatda qeyd olunub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə