Kitabxana və muzeylər qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq təsərrüfat fəaliyyəti ilə də məşğul ola biləcəklər. SİA xəbər verir ki, bununla bağlı "Kitabxana işi haqqında" və "Muzeylər haqqında" qanunlara dəyişikliklər təklif olunur.
Layihəyə əsasən, kitabxana və muzeylərin bu fəaliyyətdən əldə edilən vəsait onların sərəncamında qalır.
Qeyd edilib ki, Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən istifadə Qaydası"nın 3.1-ci bəndinə görə isə qurum əldə etdiyi vəsaitdən müvafiq qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra sərəncamında qalan vəsaiti ilk növbədə fəaliyyətinin, o cümlədən işçilərinin əməkhaqqı fondunun maliyyələşdirilməsinə istifadə edir.
Beləliklə, təsbit olunması nəzərdə tutulan dəyişikliyə əsasən sözügedən normativ hüquqi aktların struktur elementləri arasında kolliziya aradan qaldırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə