İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış edib - YENİLƏNİB 4 - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Prezident Administrasiyasına gəldi. SİA xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Daha sonra Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclası başladı.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi.
-Hörmətli Sadır Nurqojoyeviç.
Hörmətli dövlət və hökumət başçıları.
İlk növbədə, qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə Qırğız Respublikasının Prezidenti Sadır Nurqojoyeviç Japarova təşəkkür edirəm.
Bu, mənim son iki ildə Qırğız Respublikasına üçüncü səfərimdir. Hər səfərimdə Sadır Nurqojoyeviçin rəhbərliyi ilə ölkədə inkişafın şahidi oluram. Əldə edilmiş bütün uğurlar münasibətilə qardaş Qırğızıstanı təbrik edirəm.
Həmçinin Türk Dövlətləri Təşkilatına uğurlu sədrliyinə görə Qazaxıstanı təbrik edirəm.
Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir.
Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək.
Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib.
Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.
Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir.
Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.
Ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər.
Fürsətdən istifadə edərək, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim.
Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür.
Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Sonra sənədlər imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Tramp NATO rəhbəri ilə Ukraynanı müzakirə edib
Dünya 23:03Media və Yayım Şurası bu telekanalı cərimələdi
Sosial 22:02Bridgerton ulduzları yenidən bir araya gəldilər…
Şou-Biznes 21:52Porsche şirkəti videoregistratoru tanınmayacaq dərəcədə dəyişdi...
Texnologiya 21:27“Krımda panika başlayıb...”
Dünya 18:49“Ay etibarsız”..?
Dünya 18:26“Xaricə səyahət edəndə özümü rahat hiss etmirəm”
Dünya 18:04AZAL 2025-ci il üzrə illik hesabatını təqdim edib
Sosial 17:49Məhkəmənin baxış iclası 10 dekabra təyin edilib
Sosial 17:36FHN Sumqayıtda ticarət mərkəzində təlim keçirib
Hadisə 16:38Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın olub
Hadisə 16:35El qınağı bizi qoruyur, yoxsa azadlığımızı əlimizdən alır ? - KÖŞƏ
Köşə yazıları 16:05Azərbaycan Çinlə enerji tərəfdaşlığının inkişaf perspektivini müzakirə edib
İqtisadiyyat 15:2526 Noyabr – Azərbaycan Kəlağayısı Günüdür - ARAŞDIRMA
Mədəniyyət 13:54Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Sosial 12:17Elmira Şabanova kimdir? – Xalq artistinin həyat və yaradıcılıq yolu
Mədəniyyət 11:32Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
İqtisadiyyat 11:00Dağlıq ərazilərə qar yağıb
Hadisə 10:55“Azərişıq” Salyanda fermer və sahibkarlarla görüş təşkil edib
İqtisadiyyat 10:53Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib
İqtisadiyyat 10:36Azərbaycan nefti 100 dollardan baha satılır
İqtisadiyyat 10:04Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:04Bu ölkə prezidenti gələn il Azərbaycana gəlir
Siyasət 02:02Yevlaxda dəhşətli YOL QƏZASI - ölü və yaralı var
Hadisə 01:03Qaradağda palçıq vulkanı püskürüb - MƏLUMAT
Sosial 00:03"Sabah" "Barselona"ya uduzdu - YENİLƏNİB
İdman 25 Noyabr 23:39"Zelenski ilə heç kim danışıqlar aparmır" - Moskvadan AÇIQLAMA
Dünya 25 Noyabr 23:22Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb
Siyasət 25 Noyabr 23:03Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 25 Noyabr 22:31Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi olacaq -AÇIQLAMA
Dünya 25 Noyabr 22:19Yevlaxda orta məktəbdə tüstülənmə olub
Hadisə 25 Noyabr 22:02Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8631
+0,13%
-
GBP
2,2271
+0,09%
-
RUB
2,0562
-0,76%



