XİN başçısının anqolalı həmkarı ilə görüşündə NƏLƏR MÜZAKİRƏ OLUNDU? - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Anqola Respublikasının xarici işlər naziri Tete Antonio ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Afrika ölkələri ilə əməkdaşlığın ölkəmizin xarici siyasətinin tərkib hissəsi olduğunu qeyd edərək, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bir çox Afrika ölkəsi, o cümlədən Anqola ilə əməkdaşlıq imkanlarının yarandığını diqqətə çatdırıb.

Azərbaycan və Anqola arasında iqtisadi-ticarət, habelə humanitar sahədə ikitərəfli, o cümlədən çoxtərəfli əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi baxımından siyasi msləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə