PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan XXI əsrin müharibəsini apardı, bizdən əvvəl heç kim müharibəni bu cür aparmayıb"
Bu real faktordur ki, 44 gün davam edən XXI əsrin müharibə bizim dəmir yumruq kimi birliyimizi, gücümüzü, mümkünsüzü mümkün edən Güclü ordumuzun rəşadətini, qəhrəmanlığını göstərdi.Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi: "Azərbaycan XXI əsrin müharibəsini apardı. Bizdən əvvəl heç kim müharibəni bu cür aparmayıb. Təkcə dronlar deyildi, çox dəqiq kəşfiyyat var idi. Türkiyə və İsraildən olan dronlar inteqrasiya olunmuşdu. Bizdə olan İsrail dronları kəşfiyyat dronları və kamikadze dronları idi, Türkiyə dronları kəşfiyyat dronları və qırıcı dronlar idi. Bunları bir hərbi əməliyyatda birləşdirmək asan deyildi".
QIRX DÖRD GÜNLÜK MÜHARİBƏNİN HƏR BİR GÜNÜ QƏHRƏMANLIQ DASTANIDIR
Bəli, cəmi 44 gün bəs etdi ki, Azərbaycan tarixinin son yüzilliklərdəki axını tərsinə çevrilsin və Güney Qafqaz regionunda yeni reallıq bərqərar olsun və bu 44 gün müddətində terrorçu Ermənistanın "status-kvo"nu ürəyində qalsın. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində də dəfələrəl bildiridi ki, "status-kvo" artıq yoxdur: "Status-kvo" deyilən məsələ yoxdur. Qurtardı getdi. "Status-kvo" belə olmalıdı, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu. Bax, orda, döyüş meydanında. "Status-kvo" yoxdur. Təmas xətti – yoxdur təmas xətti, yarmışıq onu. 30 ildir qururdular bu təmas xəttini. Özü də bu bölgənin relyefi belədir ki, o, təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də orada beton istehkamlar qurulub – 30 il ərzində! Yarıb keçmişik! Azərbaycan əsgərinin qabağında heç kim heç nə deyə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Deyirlər, yeni təmas xətti olacaq. Olmayacaq". Bəli, "Dəmir yumruq" birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqının birlik, güc rəmzi ilə böyük qələbə, zəfər tarixini yazdı. Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın "Dəmir yumruğ"unun ətrafında birləşməsi ilə bütün dünyaya gücünü göstərdi. Ermənistan bu illər ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstərməsinə baxmayaraq, Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi! Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin videokonfrans formatında keçirilən görüşdə birgə Bəyanat imzalandı. Bu bəyanatla işğal altında olan torpaqlarımız, o cümlədən Kəlbəcər, Ağdam və Laçının bir güllə belə atmadan qaytarılması, erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması, bütün daxili məcburi köçkün və qaçqınlarımızın öz ata-baba yurdlarına, Dağlıq Qarabağa və onun ətraf ərazilərinə qayıtması və Naxçıvan Muxtar Respublikasına quru sahəsi ilə birbaşa yolun açılması böyük tarixi hadisədir. Bu "Dəmir yumruğ"un və Azərbaycan Ordusunun gücü sayəsində baş verdi. 1 milyondan çox soydaşlarımızın torpaq, yurd həsrətinə son qoyuldu.
Bir sözlə, sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri ilə başa çatdı və 30 ilə yaxın 44 gün davam edən İkinci Vətən Müharibəsi işğala həmişəlik son qoydu. "Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq. Düşmən müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı. Bir daha gördü ki, Azərbaycan qarşısında onlar duruş gətirə bilməyəcəklər",- deyən dövlət başçısı bildiridi ki, cəmi 44 gün bəs etdi ki, Azərbaycan tarixinin son yüzilliklərdəki axını tərsinə çevrilsin və Cənubi Qafqaz regionunda yeni reallıq bərqərar oldu. Bu 44 gün müddətində terrorçu Ermənistan Respublikasının "status-kvo"su artıq Azərbaycan ordusunun zəfərləri sayəsində ləğv edildi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində də bildirdi ki: ""Status-kvo" deyilən məsələ yoxdur. Qurtardı getdi. "Status-kvo" belə olmalıdı, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu. Bax, orda, döyüş meydanında. "Status-kvo" yoxdur. Təmas xətti – yoxdur təmas xətti, yarmışıq onu. 30 ildir qururdular bu təmas xəttini. Özü də bu bölgənin relyefi belədir ki, o, təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də orada beton istehkamlar qurulub – 30 il ərzində! Yarıb keçmişik! Azərbaycan əsgərinin qabağında heç kim, heç nə deyə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Deyirlər, yeni təmas xətti olacaq. Olmayacaq".
MÜDRİK LİDER, BÖYÜK STRATEQ, QALİB SƏRKƏRDƏ
Bəli, qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Son 20 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, ulu öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin "güclü dövlət" konsepsiyanın əsasını təşkil edən üç mühüm güc - iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu. Məhz 10 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarixi gün oldu.
AZƏRBAYCANIN SİYASİ-DİPLOMATİK UĞURU
Bu gün bütün dünya xalqımızın öz torpaqlarını bərpa etmək əzminə şahidlik edir. Vətən müharibəsindən sonra özünü dərhal göstərən başqa bir məqam ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət 44 günlük müharibədən sonra yaranan reallıqları qəbul edir. Ən mühümü isə odur ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə beynəlxalq ictimaiyyət ehtiramla yanaşır.
Vətən müharibəsindən sonra da Azərbaycan diplomatik istiqamətdə fəal iş apardı. Xarici diplomatik korpusun nümayəndələrinin, respublikamıza gələn əcnəbi qonaqların işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil olundu. Bunun sayəsində dünya erməni vəhşiliyinə, Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə şahidlik etdi. Bütün bunlar dövlətimizin haqlı mövqeyini bir daha dünyaya çatdırdı, yeni reallıqların beynəlxalq ictimaiyyətə dolğun çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi.Ən əsası isə əlamətdar hadisə olan BMT xətti ilə Şuşada beynəlxalq tədbirin keçirilməsi oldu. Dövlət başçısı bununla bağlı bildirmişdir: "Biz ilk növbədə beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. İlk növbədə, BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda beynəlxalq tədbir keçirilmişdir - Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu çox əlamətdar hadisə idi. Bu bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur".
Göründüyü kimi, aparıcı beynəxalq təşkilatların Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmələri dövlətimizin mühüm siyasi-diplomatik uğurudur.
BU NAİLİYYƏT VƏ QƏLƏBƏLƏR HƏM DƏ XALQ-ORDU BİRLİYİNİN, ORDUYA OLAN İNAMIN QƏLƏBƏSİDİR!
Artıq qələbəmizdən dörd il ötür. Bu dörd il ərzində işğaldan azad olunmuş torpaqlar quruculuq meydanına çevrilib. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. Necə ki, "Qarabağ Azərbaycandır və nida işarəsi" deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etdi, hazırda da "Qarabağda cənnət yaradacağıq" vədini addım-addım yerinə yetirməkdədir. Bu gün artıq Azərbaycan Respublikasının Prezidenti azad nəfəs alan torpaqlarımıza hər səfəri zamanı Qarabağın cənnətə çevrilməsi üçün tapşırıqlarını verir, işlərə nəzarət edir, yeni layihələrin həyata keçirilməsi yollarını arayıb-axtarır və bu sahədə əməli tədbirlər görür. Azərbaycan xalqı da öz Prezidentinə inanır və güvənir və əmindir ki, qısa zaman çərçivəsində işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, böyük qayıdış başlayacaq. Bunun üçün hər bir imkan, hər bir şərait var. İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti öz xalqına, öz gücünə inanır və torpaqların tez bir zamanda cənnətə dönəcəyi barədə verilən bəyanat bir həqiqətə çevriləcəkdir. Ancaq mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanların öz el-obalarına geri dönəcəklər. Budur, Ali Baş Komandanımızın diplomatik siyasətinin nəticəsi! Budur Güclü Ordumuzun gücü, budur mübariz, igid əsgərlərimizin rəşadəti! Bu nailiyyət və qələbələr həm də Xalq-Ordu Birliyinin, orduya olan inamın Qələbəsidir! Çünki Ali Baş Komandanın apardığı diplomatik siyasəti düzgün siyasətdir, uğurlu siyasəti haqq işidir! Çünki Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə