“Bundan ölkəmizə qarşı təzyiq aləti kimi istifadə edilməməlidir” - ŞƏRH EDİLDİ

“Bundan ölkəmizə qarşı təzyiq aləti kimi istifadə edilməməlidir” - ŞƏRH EDİLDİ

“Azərbaycanda keçiriləcək parlament seçkilərini beynəlxalq təşkilatların müşahidəsi üçün dövlətimiz dəvət göndərib. Biz hər zaman Qərbin yanaşmasında ikili standartların şahidi oluruq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, ATƏT-in müşahidəçilərinin də seçkilərdə iştirak etməsində heç bir problem yoxdur: “Amma Azərbaycana qarşı “qara kampaniya” aparılmamalı, bundan ölkəmizə qarşı təzyiq aləti kimi istifadə edilməməlidir. Bir çox ölkələrdə seçkilərdə mənfi hallar olur. Amma bu o demək deyil ki, bundan istifadə edərək həmin ölkənin üzərinə getmək lazımdır.
Ümumilikdə isə müşahidəçilərin seçkiləri izləmələri üçün bütün lazımi şərait yaradılır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə