Ankara Macarıstanın Türk İnvestisiya fonduna üzvlük üçün müraciət etməsini alqışlayıb

Macarıstanın Türk İnvestisiya fonduna üzvlük üçün müraciət etməsini alqışlayıram. SİA xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

“TDT-nin əməkdaşlıq səviyyəsi hamımızı qürurlandırır. TDT olaraq ölkələrimiz arasında münasibətləri daha da gücləndirəcəyimizə inanıram. TDT-nin gücləndirilməsinin önəmli bir məsələ olduğunu bilirik. Türkiyə və Azərbaycan arasında əlaqələri taclandıran Şuşa Bəyannaməsi çox mühüm bir sənəddir. Şuşadakı bərpa-quruculuq işinin səviyyəsi bizi qürurlandırır. Qarabağ Azərbaycandır və Azərbaycan olaraq qalacaq” - o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə