Azərbaycan Polisinin yaranmasından 106 il ötür

Azərbaycan Polisinin yaranmasından 106 il ötür. SİA xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

Azərbaycanın fədakar və vətənpərvər polislərini, başda nazir Vilayət Eyvazov olmaqla, ürəkdən təbrik edirik. Torpaqlarımız uğrunda şəhid olan polislərimizə Allahdan rəhmət, qazi polislərə can sağlığı arzu edirik. Ölkəmizdəki sabitlik həm də Azərbaycan polisinin xidmətidir.

Bütün xəbərlər Facebook səhifəmizdə