"İlahiyyat İnstitutunun məzunları özlərini təsdiq edəcəklər" - Komitə sədri

"Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu yaradılmışdır". SİA xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.

Onun sözlərinə görə, bu instituta ali savadlı kadrlar yetişdirmək tapşırılıb: "Əminəm ki, bu kadrlar öz töhfələrini verəcəklər. Biz xoşbəxtik ki, dünyanın ən mürəkkəb və ziddiyyətlərlə dolu dövründə ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməyə nail olmuşuq. Biz Cənubi Qafqazın tarixində yeni səhifə açmış güclü millətin nümayəndəsiyik. İlahiyyat İnstitutunun məzunları özlərini təsdiq edəcəklər. Qarşıda yeni ali hədəflərimiz var. İşğaldan azad edilmiş ərazilərimizə vətəndaşlarımızın köçürülməsi bu məqsədlərimizdəndir. Məzunların hər birini ayrılıqda təbrik edir, uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə