Azərbaycan böyük layihələrə imza atır

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti dünya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Bu siyasət milli maraqlara xidmət etməklə yanaşı, bəşəriyyətin sağlam gələcəyinə xidmət edir. Ölkəmiz yaşıl enerji istehsalı sahəsində böyük layihələrə imza atıb və bu istiqamətdə işlər davam etdirilir.

Prezident İlham Əliyev 21 iyun tarixində Euronews televiziya kanalına müsahibəsində Azərbaycanın neft-qaz ixrac edən ölkə olmaqla yanaşı yaxın gələcəkdə yaşıl enerji ixrac edən dövlət olacağını və bu sahədə dünyanın nəhəng enerji şirkətləri ilə yüksək səviyyədə əməkdaşlıq edildiyini vurğuladı.

Azərbaycan ənənəvi enerji mənbələri ilə yanaşı yaşıl enerjiyə sərmayə yatıran xarici şirkətlər üçün cəlb edici dövlətdir. 2023-cü ildə dünyanın nəhəng enerji şirkətlərindən olan "Masdar" ölkəmizdə günəş elektrik stansiyası inşa etdi. Son illər Azərbaycan ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpa olunan enerji istehsalına yönəldir. COP-29-a ev sahibliyi edən Azərbaycanın yaşıl enerjiyə keçid prosesində öndə gedən dövlətlərdən olması dünya ölkələrinə bir nümunədir.

Azərbaycan bərpa olunan enerji istehsalı ilə əlaqədar "Masdar" şirkəti ilə yanaşı "ACW Power" və "BP" şirkətləri ilə də sıx əməkdaşlıq edir. Eyni zamanda bir çox dövlətlərin şirkətləri də ölkəmizlə əməkdaşlıq etməyə maraqlıdırlar. Azərbaycanın yaşıl enerji istehsalı və ixracı təbii qaza da böyük həcmdə qənaət etmiş olur ki, bu da Avropa dövlətlərinə təbii qazın nəqlinin artırılmasına səbəb olacaq. Artıq Azərbaycan neft, qaz sahəsində olduğu kimi yaşıl enerji sahəsində də böyük uğurlar qazanıb. Azərbaycanın enerji siyasətinin əsasını bəşəriyyətin sağlam gələcəyinin qorunmasında və bu məqsəd naminə bütün dövlətlərin birlik və həmrəylik nümayiş etdirilməsində vacibliyini təşkil edir. yap.az

Bütün xəbərlər Facebook səhifəmizdə