Türk dövlətləri arasında hüquqi sahədə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub - NAZİR

Türk dövlətləri arasında hüquqi sahədə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. SİA xəbər verir ki, bunu Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov iyunun 4-də Bakıda keçirilən “Türk dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda beynəlxalq konfransın açılış mərasimində deyib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı içərisində müttəfiqlik müxtəlif sahələri əhatə edir:

"Eyni zamanda hüquq sahəsində də əməkdaşlıq formalaşıb. Hətta türk dövlətləri arasında hüquq sahəsində rəqəmsallaşma üzrə əməkdaşlıq nəzərdə tutulur. Bu məsələ ilə bağlı həm Ədliyyə Nazirliyi, həm Baş Prokurorluq, eləcə də digər qurumlar birgə təşəbbüslər irəli sürürlər. Rəqəmsallaşma peşəkar hazırlığın olmasını tələb edir. Rəqəmsal dünyada rəqəmsal alətlərin tətbiq olunması əməkdaşlarımızın bu bacarıqlarının təkmilləşdirilməsini zəruri edir. Bu baxımdan Ədliyyə Akademiyası günün tələblərinə uyğun olaraq bu cür kadrların yetişməsinə kömək olur".

Bütün xəbərlər Facebook səhifəmizdə