Əfv sərəncamı Naxçıvanda icra edilib - FOTOLAR

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı məntəqə tipli cəzaçəkmə müsəssisəsində icra edilib. SİA-nın məlumatına görə, müəssisədən əfv sərəncamında adı göstərilən bir nəfər məhkum azad edilib.

Penitensiar Xidmətin qeydiyyat bölməsinin rəisi, ədliyyə mayoru Musa Hüseynov jurnalistlərə bildirib ki, cəzaçəkmə müəssisələrində məhbusların cəmiyyətə adaptasiyası, gələcək azadlıq həyatlarını islah olunmuş şəkildə düzgün qurmaları üçün də mütəmadi tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə