"İki qardaş ölkənin şanlı tarixi bu günlərə güc verməkdədir" - MAHMUT ÖZER

"Nuri Paşa dəstəsindəki Qafqaz İslam ordusunun dastan kimi mübarizəsi iki qardaş ölkə arasındakı sarsılmaz bağların ən böyük işarəsidir". SİA xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının sədri Mahmut Özer deyib.

Onun sözlərinə görə, iki qardaş ölkənin şanlı tarixi bu günlərə güc verməkdə əzmimizi və qərarlılığımızı artırmaqdadır: "Bu gün Türkiyə və Azərbaycan iki dövlət tək millət olaraq hədəflərinə qərarlı irəliləməkdədir. Hər iki ölkə sabahlarını da çiyin-çiyinə inşa edəcək və türk millətinin birlik və bərabərliyini yerinə yetirəcəkdir.

Anadoluda və Azərbaycanda Vətən torpağı üçün şəhadətə getmiş olan bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edirik. Ruhlarınız şad olsun".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə