Latviya Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayır - Dayqa Mierinya

Latviya Azərbaycanın bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsini alqışlayır. SİA xəbər verir ki, bunu Latviya parlamentinin sədri Dayqa Mierinya Bakıda mətbuat konfransı zamanı deyib.

“Azərbaycanı bu il COP29-a ev sahibliyi etdiyinə görə təbrik edirəm”, - o bildirib.

Xatırladaq ki, bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə