Bakı ilə İrəvan arasında sülh prosesi ATƏT üçün prioritetdir - İan Borq

Bakı ilə İrəvan arasında sülh prosesi ATƏT üçün prioritetdir - İan Borq

Bakı ilə İrəvan arasında sülh prosesi ATƏT üçün prioritet məsələdir. SİA xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Biz sərhədlərin delimitasiyası prosesinin başlanılmasını alqışlayırıq”, - o vurğulayıb.

Onun sözlərinə görə, açıq qalan məsələləri həll etmək üçün diplomatiya və danışıqlar prinsiplərinə riayət etmək lazımdır:

“Biz ATƏT olaraq sülh prosesinin irəliləməsinə yönəlmiş bütün praqmatik həlləri alqışlayırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə