Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib - FOTO

Aprelin 23-də Qambiya Respublikasında səfərdə olan ölkəmizin Mərakeş Krallığındakı, eyni zamanda Qambiyadakı səfiri Nazim Səmədov etimadnamələrini bu ölkənin Prezidenti Adama Barrouya təqdim edib. Bu barədə SİA-ya Azərbaycanın Mərakeşdəki səfirliyindən bildirilib.

Qambiyanın paytaxtı Banjulda yerləşən Prezident sarayında təşkil edilmiş mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini Adama Barrouya çatdıran səfir 2024-cü ildə ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd edildiyini də vurğulayib. Həmçinin diplomat Azərbaycan Prezidentinin A.Barrouya ünvanladığı 2024-cü ilin noyabrında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyanın Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət məktubunu da Qambiya Prezidentinə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə