"Bələdiyyələrlə bağlı xırda məsələləri həll edə bilməmişik" - FAZİL MUSTAFA

Azərbaycanda 24 ildir ki, bələdiyyələr var. Amma biz hələ də xırda məsələləri həll edə bilməmişik. SİA xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.

"Azərbaycanda hələ hər hansı bələdiyyənin məktəbi, teatrı, xəstəxanası və s. yoxdur. Çünki bələdiyyələrin maliyyə imkanları yoxdur. Bu məsələnin həlli üçün çalışılmalıdır. Belə ki, bir kənd yerində maliyyə imkanı olmayan bələdiyyə layihələri necə həyata keçirəcək?". - o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə