Məntiq tükənən yerdə böhtan başlayır... -ŞƏRH

Bu, həqiqətən də belədir: məntiq tükənən yerdə AXCP sədri Əli Kərimlinin sevimli məşğuliyyətinə çevrilən böhtan və uydurmaları başlayır. Fransız psixoloq Julyer iddia edir ki, insanlarda satqınçılıq və xəyanət simptomları bir dəfə formalaşırsa, bu, sistemli şəkildə davamlı olur və ətraf mühitə ikrah yaranır. Bu məntiqlə yanaşsaq aydın olur ki, bu gün müxalifət, o cümlədən Əli Kərimli kimilər illərdi ki, eyni mühitdə qalıb, zaman-zaman bir-birilərinə xəyanət ediblər və demək olar ki, artıq bir periodiklik yaranıb və bu koronavirusdan da güclü virusa çevriliblər. Nəticə nə oldu?

Bax, budur həqiqət. Ona görə də, Azərbaycan xalqı koronavirus epidemiyasından çıxdıqdan sonra dövlətin, millətin maraqlarını heçə sayan Ə.Kərimli kimi antimilli ünsürün şər və böhtanlarını bağışlamayacaq və sərt ölçü götürmələrini, cəmiyyətdən təcrid olunmalarını tələb edəcək. Və bu haqq-hesab isə çox ağır olacaq. Çünki tarixi faktları saxtalaşdırmaq olmaz, tarix unudulmur…..Belə ki, başda AXCP sədri Əli Kərimli və dəstəsi olmaqla bu bir qrup antimilli ünsürlər aldıqlar sifarişlər əsasında hər vəchlə Azərbaycanın imicini zədələməyə, dövlətimizin ölkənin inkişafı üçün gördüyü işlərə kölgə salmağa çalışırlar. Gah ermənipərəst Fransanı, onun Azərbaycana qarşı açıq şəkildə düşmənçilik aparan ermənisifət prezident Makronu, gah Cənubi Qafqazdakı maraqları naminə anti-Azərbaycan oyunlar quran ABŞ-ı müdafiə edən Əli Kərimli kimilər bilməlidirlər ki, artıq xəyanətin son və heç bir halda geridönüşü mümkün olmayan mərhələsidir. Və bu gün Azərbaycanın regionun şəriksiz liderinə çevrilməsinin bünövrəsində də, məhz xalq-iqtidar birliyi dayanır və bu birliyi pozmağa çalışan Əli Kərimli kimilərin ən tutarlı cavabını isə xalq özü verib və verəcək... Bunu 2016-cı ilin aprel döyüşləri, hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr və ötən ilin sentyabr ayının 19-da işğalçı Ermənistanın etdiyi təxribatlarına görə əməlli-başlı dərsini verdi. Və "Dəmir yumruğ"un davamı olaraq "Qisas" və "Qətiyyətli cavab" əməliyyatları Ermənistana layiq olduğu yeri göstərdi. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan yenilməz Azəbaycan Ordusu – 2023-cü il sentyabrın 20-də növbəti qələbəyə imza atdı. Belə ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının "Dəmir Yumruq" siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitləri Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi daha bir böyük missiyanı uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Qısa müddətdə - bir günə təmin etdiyi qələbə yenilməz Ordumuzun malik olduğu imkanların olduğunu və Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və alınacağının sübutu idi. Ali Baş Komandanımızın Xocalı soyqırımının ildönümünü 32 ildən sonra ilk dəfə Xocalıda, özü də xocalılarla qeyd etməsi ermənilər kimi isa qəmbərləri, pənah hüseynovları, cəmil həsənliləri, əli kərimliləri, gültəkin hacıbəyliləri və bu kimi satqın, erməniyə nökərçilik edənlər onu da anlamalıdırlar ki, Azərbaycanın güclü ordusu var və Ali Baş Komandanın söylədiyi kimi: "Bizə xor baxanlara, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, "Dəmir yumruq" yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!".

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə