Parlamentdə ölkənin su təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək
Milli Məclisdə “Ölkənin su təsərrüfatı: nəticələr, problemlər və çağırışlar” mövzusunda ictimai dinləmə keçiriləcək. SİA-nın xəbərinə görə, toplantı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə fevralın 28-də baş tutacaq.
İclasda deputatlarla yanaşı, müvafiq qurumların nümayəndələrinin iştirak etməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB